Azərbaycan Sosial-Demokrat Partiyasının sədr müavini və hüquqşünas- Səlahəddin Allahverdiyev Amerikanın Suriya dövlətinin kimyəvi silahlardan istifadəsinə dair iddiasını yalan və əsassız adlandırıb
Azərbaycan Sosial-Demokrat Partiyasının sədr müavini və hüquqşünas- Səlahəddin Allahverdiyev Amerikanın Suriya dövlətinin kimyəvi silahlardan istifadəsinə dair iddiasını yalan və əsassız adlandırıb.
Allahverdiyev Bakıda IRIB-nin müxbiri ilə müsahibədə əlavə edib: Amerika 2003-cü ildə kimyəvi silahlar barədə yalanlar uyduraraq, İraqa hücum və həmin ölkəni işğal etdi və hazırda bu ssenarini Suriya əleyhinə təkrarlamaq niyyətindədir.
O, ABŞ-ın Suriyanın kimyəvi silahlardan istifadə etməsi barədə bir sənədə malik olmadığını vurğulayaraq, əlavə edib: Amerika Suriyaya təcavüz üçün bir bəhanə axtarır və bu üzdən, yalan uydurma və şantaja üz tutubdur.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədr müavini dünyanın Amerikanın bu iddiasına inanmadığını vurğulayaraq, söyləyib: Elə bu üzdən də Amerika bildirir: Biz BMT və Təhlükəsizlik Şurasının qərarından kənar Suriyaya hücum edəcəyik.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədr müavini vurğulayıb: Vaşinqton İraqı işğal etdikdən sonra rüsvayçılıqla etiraf etməyə məcbur oldu ki, bu ölkədə kimyəvi silah olmayıbdır. O, ümidvarlıq edibdir ki, ABŞ regionda yeni avantüradan əl çəkəcək.