Tarix : 2013 Sep 10
Kod 40142

Nizami Gəncəviyə Dəstək qrupu bəyanat yayıb

Facebook ictimai şəbəkəsində mövcudluğunu elan edən Həkim Nizami Gəncəviyə Dəstək qrupu bir bəyanat verərək üç farsdilli ölkə olan İran...

Facebook ictimai şəbəkəsində mövcudluğunu elan edən Həkim Nizami Gəncəviyə Dəstək qrupu bir bəyanat verərək üç farsdilli ölkə olan İran, Tacikistan və Əfqanıstan rəsmilərindən Azərbaycan Respublikası hökuməti tərəfindən həkim Nizami Gəncəvinin mentaliteti və dilinin təhrif olunması prosesi ilə qarşılaşmalarını istəyib.

 

Həkim Nizami Gəncəviyə Dəstək qrupunun bəyanatında bildirilir:

 

Allahın adı ilə

Həkim Nizami Gəncəvi buyurur:

 Bütün dünya bədəndir, İransa ürək

 Deyildir heç kim bu qiyasdan xəcalətli

 Çünki ürəyidir yerin İran

 Ürək bədən yaxşıdır, yəqin

 

İtaliya paytaxtı Roma şəhərində İranın məşhur şairi və tanınmış ziyalısı Həkim Nizami Gəncəvinin heykəlinin Azərbaycanın "türkdilli" şairi olaraq ucaldılması və məqbərəsindən farsca yazıların yığışdırılması və irqçi pantürkistlər tərəfindən türkcə şerlərlə əvəzlənməsi, eləcə də Nizami Qunuvinin şerlərinin ona aid olmasının nümayiş etdirilməsindən sonra layiqdirmi ki, dünyanın farsdilliləri hazırkı zəmanədə heç bir dərdə dərman olmayan yalnız sözlə və passiv reaksiyalar verməklə kifayətlənsinlər və diqqəti cəlb edəcək addım atmasınlar?

 

Biz "Həkim Nizami Gəncəviyə Dəstək Qrupu"nun üzvləri bu təhrifin qarşısını almaq üçün İran İslam Respublikası, Əfqanıstan İslam Respublikası və Tacikistan Respublikası tərəfindən təkliflərin praktiki olmasını istəyirik:

 

1. Farsdilli ziyalı və şair olaraq "Beynəlxalq Nizami Günü" adı ilə YUNESKO-da Həkim Nizami Gəncəvinin doğum günün qeydə alınmasına səy göstərmək.

 2. Həkim Nizaminin doğum günü "Beynəlxalq Nizami Günü" adı ilə hər üç farsdilli ölkədə qeydə alınsın və təqvimlərdə yerləşdirilsin.

 3. Dünyanın mədəniyyət ziyalıları və Nizamişünaslarının iştirakı ilə "Beynəlxalq Nizami Günü"nün keçirilməsi

 4. "Nizamişünaslıq" və "Həkim Nizaminin özü və əsərlərinin dünyaya tanıtdırılması" və bu şairin əsərlərinin dünyanın müxtəlif dillərində tərcümə və çap edilməsi mehvəri ilə ədəbi ziyalıların üzvlüyü və fəaliyyəti ilə "Nizami Evi" adlı müstəqil qurum və təşkilatın yaradılması. Eyni zamanda həmin qurum tərəfindən internet saytının yaradılması.

5. Qeyd olunan hər üç ölkənin paytaxtında böyük prospektlərdən birinin "Həkim Nizami" adı ilə adlandırılması və o prospektdə onun heykəlinin qoyulması.

6. Həkim Nizami barəsində bir kino və ya teleserialın çəkilməsi

 7. Romada Azərbaycanın səyi ilə qoyulmuş Həkim Nizaminin heykəlinin üç farsdilli ölkə tərəfindən farsdilli şair olaraq digər heykəllə dəyişdirilməsinə səyin göstərilməsi.

 8. "Beynəlxalq Həkim Nizami Mükafatının" təyin olunması, onun YUNESKO-da qeydiyyata alınması və onun seçilmiş farsdilli şair və ədiblərə və dünyanın farsdilli olmayan Nizamişünaslarına təqdim olunması.

 

"Həkim Nizami Gəncəviyə Dəstək Qrupu" İran, Tacikistan və Əfqanıstandan təxminən 2000 farsdilli üzvü ilə.

 

 


  • Yazılıb
  • da (də) 2013 Sep 10