Tarix : 2013 Sep 10
Kod 40145

Türkiyəli Fətullah Gülənin Azərbaycan mədəniyyətinə kölgəsi

Xarici mətbuat Türkiyənin hakim partiyasının mənəvi rəhbərinə bağlı onlarla məktəbin Azərbaycanda fəaliyyət göstərməsini xəbər verdilər

AranNews - Rəcəb Təyyib Ərdoğanın başçılıq etdiyi Türkiyənin hakim partiyasının mənəvi rəhbəri Fətullah Gülənə bağlı 12 məktəb Azərbaycan Respublikasında fəaliyyət göstərir. Bu məktəblərin məzunları Türkiyə universitetlərinə imtahansız qəbul ediləcəklər, həmçinin onlardan təhsil haqqı alınmayacaq.

Türkiyədə sekular hökuməti devirməyə cəhd etməkdə ittiham olunan Gülən 1998-ci ildə həbsdən amanda qalmaq üçün ABŞ-a sığınaraq orada yaşadı. O, Türkiyə mediasının qütblərindən biridir. Onun Türkiyə və dünyanın digər ölkələrində iri həcmli şirkətləri, ticarət və sənət obyektləri vardır. Həmçinin dünya səviyyəsində bir çox müəssisə və təhsil mərkəzi şəbəkələri vardır. Deyilənlərə görə, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan və hakim partiyaya bağlı bir sıra digər siyasi şəxslər onun fikri məktəbin şagirdləridirlər. Qeyd edək ki, Ərdoğanın iş başına gəlməsindən sonra onun göstərişi ilə Gülənə bağlı məktəbləri bitirmiş şagirdlər imtahanda iştirak etmədən ölkənin universitetlərində təhsillərini davam etdirə bilərlər.

Rusiya kimi bəzi ölkələr Fətullah Gülənin məktəblərinin fəaliyyətini qadağandır və bu məktəblərdə radikal şagirdlərin yetişdirilməsi səbəb kimi göstərilir. Rusiya hökuməti belə düşünür ki, bu məktəbin şagirdləri Rusiyada radikallığın və terrorizmin genişlənməsinə səbəb olur və onlar Türkiyənin xeyrinə casusluq, məlumat toplamaqla məşğul olurlar.

Fətullah Gülənə bağlı təhsil mərkəzlərinin Azərbaycanda bu qədər sərbəst fəaliyyət göstərdiyi bir halda bu şiə ölkəsində şiə məktəblərinin təsisi qadağandır.


  • Yazılıb
  • da (də) 2013 Sep 10