Tarix : 2013 Sep 12
Kod 40165

Xəzər işçsi qrupunun Bakı iclasının 1-ci günü başa çatdı

Xəzər işçi qrupunun 33-cü iclası 5 sahilyanı ölkənin işçi qruplarının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində danışıqların davam etdirilməsinə təkid etmələri ilə öz işini başa vurub

Xəzər işçi qrupunun 33-cü iclası 5 sahilyanı ölkənin işçi qruplarının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində danışıqların davam etdirilməsinə təkid etmələri ilə öz işini başa vurub.

 İRİB-nin Bakıdan verdiyi məlumata görə, İran İslam Respublikasının Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə Xəzərin sahil ölkələri üçün sülh və dostluq dənizi olduğuna təkid edərək, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqların gedişindən razılıq edib.

 Axundzadə sahilyanı ölkələr arasında əməkdaşlıqların genişləndirilməsi və Xəzərin zəngin ehtiyatlarından faydalanmaq məqsədilə bu su hövzəsinin hüquqi statusunun müəyyənləşdirilməsinin zəruri olduğuna təkid edərək, deyib: İran İslam Respublikası Xəzərin hüquqi statusu konvensiyasının təkmilləşdirilməsi istiqamətində aktiv rol oynamağa hazırdır.

 O, Bakı iclasının nəticələrinə ümidvar olduğunu bildirərək, sahilyanı ölkələr arasında əldə olunmuş anlaşmaların o cümlədən Xəzərin ekologiyasını mühafizə konvensiyasının icrasına təkid edib.

 Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov da bu iclasda deyib: Xəzərin hüquqi statusunun təkmilləşdirilməsində bütün sahilyanı ölkələrin mənafeyi diqqətə alınmalı, habelə sülh və dostluq prinsiplərinə riayət edilməlidir.

 X.Xələfov əlavə edib: Xəzərin hüquqi statusunun təkmilləşdirilməsi üçün bir sıra mühüm məsələlər var ki, öz həllini tapmalıdır. Xəzərin dibinin bölüşdürülməsi mexanizmi, suyun səthindən istifadə forması, su canlılarının qorunması və onlardan istifadə forması məhz bu kimi məsələlərdəndir.

 Bu məlumata görə, Xəzər işçi qrupunun Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində Bakıda keçirilən iclası öz işini sabah da davam etdirəcək.

 Xəzər işçi qrupunun 34-cü iclası cari ilin sonlarında Rusiyada keçiriləcək.


  • Yazılıb
  • da (də) 2013 Sep 12