Tarix : 2013 Sep 12
Kod 40167

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsündən İranın görkəmli şairi barədə qeyri-elmi açıqlama

Bizim nəzərimizdə Nizami Gəncəvi Azərbaycan şairidir və bu məsələ müzakirə mövzusu ola bilməz

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nizami Gəncəvinin məqbərəsində fars dilində olan şer kaşılarının sökülməsi ilə bağlı tənqidlər qarşısındakı uzunmüddətli sükutu pozaraq, Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu iddia edib.

 APA-nın məlumatına görə, Elman Abdullayev deyib: Bizim nəzərimizdə Nizami Gəncəvi Azərbaycan şairidir və bu məsələ müzakirə mövzusu ola bilməz.

 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nizami Gəncəvinin məqbərəsindəki fars dilində olan şer kaşılarının sökülməsi və onların Azərbaycan dilində olan şer kaşıları ilə əvəz edilməsinin səbəbləri barədə izahat verməkdən çəkinib.

 Bu məlumata görə, Azərbaycan Respublikası Nizami Gəncəvinin həqiqi kimliyini təhrif etmək məqsədilə ötən illər ərzində şairin İranla bağlı şerlərinin tərcümə edilməsinə qarşı çıxıb.

 Mədəniyyətə qarşı yönəlmiş hərəkətlərin davamında 2 ay öncə Nizami Gəncəvinin məqbərəsindəki fars dilində olan şer kaşıları sökülüb.

 Deyilənlərə görə, Azərbaycan Respublikası qərara alıb ki, külli miqdarda vəsait hesabına Nizami Gəncəvini Azərbaycan şairi kimi dünyaya təqdim etmək məqsədilə dünyanın bir sıra mühüm şəhərlərində o cümlədən Parisdə şairin heykəllərini ucaltsın. Bu istiqamətdə ilk addım 110 milyon avro müqabilində Azərbaycan şairi kimi təqdim edilən Nizami Gəncəvinin heykəlinin İtaliyanın paytaxtı Roma şəhərində ucaldılmasına işarə etmək olar.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nizami Gəncəvinin məqbərəsindəki fars dilində olan şer kaşılarının sökülməsini tənqid edərək, bunu mədəniyyətə qarşı yönəlmiş bir hərəkət adlandırıb.

 

 


  • Yazılıb
  • da (də) 2013 Sep 12