Tarix : 2013 Sep 12
Kod 40169

İran, Türkiyə və Suriya arasında düşmənçiliyə xitam verməyə çalışır

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsin Pakayin ümidvarlıq edib ki, Türkiyə və Suriya arasında düşmənçilik dostluğa çevrilsin

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsin Pakayin ümidvarlıq edib ki, Türkiyə və Suriya arasında düşmənçilik dostluğa çevrilsin.

Pakayin Yeni Musavat qəzeti ilə müsahibəsində deyib : “İran və Türkiyə arasında münasibətlər strateji müttəfiqlik münasibətləridir. Suriya problemi meydana gəldiyi ilk gündən etibarən biz Türkiyə hökuməti ilə davamlı müzakirələr aparmışıq. Biz hesab edirik ki, Suriya və Türkiyə qonşu dövlətlərdir, onların arasında dostluq münasibətləri olmalıdır. Əgər iki qonşu ölkə arasında münasibətlərdə anlaşılmazlıq varsa, bunu iki dövlət öz aralarında həll etməlidir. Bu gün Suriyada baş verən hadisələr İsrailin mənafeyinə xidmət edir. Bütün bunları biz Türkiyədən olan dostlarımızla müzakirələrdə onlara deyirik. Ümid edirik ki, Türkiyə və Suriya arasında düşmənçilik dostluğa çevriləcək.”

ABŞ-ın da Suriya ilə bağlı səhv yolda olduğunu bildirən Pakayin əlavə edib : “Terrorçuların Suriyaya kimyəvi silah keçirməsi ilə bağlı 2012-ci ildə Amerikanı xəbərdar etmişdik.”

Pakayin vurğulayıb ki, Suriyaya qarşı ABŞ hücumu başlasa bu savaşda uduzan tərəf, Əfqanıstan və İraqda olduğu kimi, Amerika olacaq.


  • Yazılıb
  • da (də) 2013 Sep 12