Tarix : 2013 Sep 12
Kod 40173

Bir “seçki”, iki məhbus namizəd, iki standart

Azərbaycan Respublikasında prezident seçkilərinə namizəd olanların ikisi həbs həyatı yaşayır

Azərbaycan Respublikasında prezident seçkilərinə namizəd olanların ikisi  həbs həyatı yaşayır.

Bu səbəbdən də Azərbaycan Respublikasının adı ölkədə cərəyan edən həbs məsələsi ilə bağlı xüsusi qeyd olunur.

Avropa təşkilatları tez-tez məhbus namizədlərdən biri olan REAL hərəkatının sədri İlqar Məmmədov azadlığa buraxılmasını tələb edirlər. Lakin hələ namizədliyi irəli sürülməmiş minlərlə vətəndaşın imzası ilə böyük kütlənin himayəsini qazanmış Dr. Möhsün Səmədov da həbsdə olan digər namizəddir ki, qərblilər bu məhbus namizədin hüququ ilə maraqlanmırlar.

Bu arada  REAL hərəkatı İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib ki, imza kampaniyası başlananda  məhbua namizəd İlqar Məmmədovun vəkilləri məsələ ilə bağlı Baş Prokurorluğa müraciət ediblər.  Müraciətdə İlqar Məmmədov barədə başlanmış cinayət işinə xitam verilməsi və ya həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluğun məhkəməyə vəsatət verməsi istənilib.

Məhbus namizədin müdafiəçisi deyib : “Azərbaycanda müstəqil məhkəmə olmadığı üçün vəkillərin verdiyi bütün şikayətlər nəticəsiz qalır.”

 


  • Yazılıb
  • da (də) 2013 Sep 12