Tarix : 2013 Sep 14
Kod 40175

Nizami Gəncəvinin məqbərəsindən yeni görüntülər

Yayımlanan kadrlardan həmçinin aydın olur ki, aparılan təmir işlərinin ardınca Nizami Gəncəvinin məqbərəsinə yer alan şer kaşıları arasında orijinal dildə olan nümunələrə yer verilməyib

Nizami Gəncəvinin məqbərəsindəki fars dilində olan şer kaşılarının sökülməsi ilə bağlı xəbərlərin yayılmasından bir müddət sonra, ANS telekanalı ilk dəfə olaraq, məqbərəyə nəsb olunan şairin Azərbaycan dilinə tərcümə olunmuş şer kaşıları ilə bağlı təsvirlər yayımlayıb.

ANS telekanalı tərəfindən yayımlanan kadrlardan aydın olur ki, Nizami Gəncəvinin məqbərəsində edilən dəyişikliklərdən sonra, divara vurulan kaşıların üzərində şairin Azərbaycan dilinə tərcümə olunmuş şerlərinin latın əlifbası ilə yanaşı, fars əlifbası ilə olan versiyasına da yer verilib. Bu isə öncədən məqbərədə mövcud olan fars dilindəki şer kaşılarının olduğu kimi saxlanıldığı təsəvvürünün yaradılması məqsədini daşıyır.

Yayımlanan kadrlardan həmçinin aydın olur ki, aparılan təmir işlərinin ardınca Nizami Gəncəvinin məqbərəsinə yer alan şer kaşıları arasında orijinal dildə olan nümunələrə yer verilməyib.

Gəncə Regional Elmi Mərkəzinin direktor müavini və təmir əməliyyatının rəhbəri Samir Pişnamazzadə fars dilində olan şer kaşılarının sökülməsinə işarə etmədən, deyib: Məqbərədə şerlərin latın və ərəb əlifbalarında olan versiyaları yerləşdirilib.

Ataturk Mərkəzinin direktoru, millət vəkili və "zadə" familiya sonluğunun ləğv edilməsi ideyasının təşəbbüskarı Nizami Cəfərov da ANS kanalı ilə müsahibədə İranın Nizami Gəncəvinin fars şairi olduğunu iddia etdiyini deyib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü də Nizami Gəncəvinin məqbərəsindəki fars dilində olan şer kaşılarının sökülməsinə qarşı tənqidlərlə bağlı uzun sürən sükutun ardınca Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu və bunun müzakirə mövzusu olmadığını deyib.

Bu məlumata görə, Azərbaycan Respublikası Nizami Gəncəvinin kimliyini təhrif etmək siyasəti çərçivəsində ötən illər ərzində şairin İranla bağlı şerlərinin tərcümə edilməsini qadağan edib.

Bu kimi səylərin davamında iki ay öncə Nizami Gəncəvinin məqbərəsindəki fars dilində olan şer kaşıları da təmir adı altında sökülüb.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Nizami Gəncəvi Mərkəzinin direktoru Xəlil Yusifli də şairin məqbərəsindəki fars dilində olan şer kaşılarının Azərbaycan dilində olan şer kaşıları ilə əvəz olunacağını bildirmiş və belə demişdi: Bəzi vaxtlar məqbərəyə baxış keçirənlər fars dilində yazılmış şerləri müşahidə etdikləri zaman Nizami Gəncəvinin fars şairi olduğunu düşünürlər.

Deyilənlərə görə, Azərbaycan Respublikası hökuməti külli miqdarda vəsait xərcləyərək, dünyanın bir sıra mühüm şəhərlərində Nizami Gəncəvinin heykəllərini ucaltmaqla, onu Azərbaycan şairi kimi təqdim etməyə çalışır.

Bu istiqamətdə ilk olaraq İtaliyanın paytaxtı Roma şəhərində 110 milyon avro müqabilində Nizami Gəncəvinin heykəli ucaldılıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nizami Gəncəvinin məqbərəsindəki fars dilində olan şer kaşılarının sökülməsini tənqid edərək, bunu mədəniyyətə zidd bir hərəkət adlandırıb.

Nizami Gəncəvinin fars dilində yazıb-yaratmasına və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən yalnız 22 ilin keçməsinə baxmayaraq, bütün dərsliklərdə 6-cı hicri qəməri əsrində yaşamış Nİzai Gəncəvi Azərbaycan şairi olaraq təqdim edilir.

Yeddi Gözəl, Xosrov və Şirin, Leyli və Məcnun və İsgəndərnamə Nizami Gəncəvinin şah əsərləri hesab olunur.

 


  • Yazılıb
  • da (də) 2013 Sep 14