Tarix : 2013 Sep 15
Kod 40192

Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm özünün ilk həftəlik brifingində jurnalistlərin suallarını cavablandırıb

Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycanın Nizami Gəncəvinin məqbərəsindən fars dilində olan yazılı daşları götürməsini mədəniyyətə zidd bir addım olduğunu vurğulayıb

Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm özünün ilk həftəlik brifingində jurnalistlərin suallarını cavablandırıb.

AranNews - İlk həftəlik brifingində jurnalistləri maraqlandıran sualları cavablandıran Mərziyə Əfxəm İran-Azərbaycan ticarət münasibətləri barədə deyib: “Biz Azərbaycanla ortaq mədəniyyətə, tarix və məzhəbə malik müsəlman qonşularıq. Həmişə çalışmışıq ki, münasibətlərimiz güclənsin, ticarət əlaqələrimiz genişlənsin. Ancaq bu yalnız bir tərəfin istəyi ilə baş tutmur. Azərbaycandan da gözləyirik ki, qarşılıqlı ticarət dövriyyəsinin artmasına və münasibətlərimizin genişlənməsinə meyl göstərsin. Çünki azərbaycanlılar üçün İranla əməkdaşlıq etmək, onların digər ölkələrə üz tutmasından daha sərfəlidir”.

Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan dövlətinin Nizami Gəncəvinin məqbərəsində üzərinə şairin farsca şerlərindən misralar yazılmış daş üzlüklərin götürməsinə münasibət bildirərək deyib: “Onların mədəniyyət adı ilə həyata keçirməyə çalışdıqları bu əməl mədəniyyətə zidd bir addımdır. Əgər Nizaminin fars dilindəki şeirlərinin türk dilinə və digər dillərə tərcüməsi məsələsi bir mədəniyyət əsərini və onun kökünü qorunması ilə bərabər aparılsa, bu dəyərlidir. Lakin əgər bu tərcümə təxribat və onun kimliyinin məhvi ilə nəticələnsə, bu, mədəniyyətə zidd addım sayılar. Elə buna görə də ümid edirik ki, Azərbaycan mədəniyyətin, o sıradan da mədəniyyət əsərləri və abidələrin kimliyinin qorunmasının vacibliyinə diqqət yetirəcək.

Hal-hazırda İtaliya, Rusiya, ABŞ, Türkiyə, sionist rejim, Fransa, Hindistan, İndoneziya, İngiltərə və Çin Azərbaycan Respublikasının ilk 10 iqtisadi ortağıdır .


  • Yazılıb
  • da (də) 2013 Sep 15