Tarix : 2013 Sep 15
Kod 40205

Qarabağ müharibəsi və ideoloji amillər– Konfrans

Konfrans şəhidlərin ruhuna dua oxunması ilə başlayıb. Tədbir Rövşən Əhmədlinin aparıcılığı ilə davam edir


Birlik.az saytı xəbər verir ki, Qarabağın Azadlığı Uğrunda Alyans bu gün Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının ofisində saat 11-dən başlayaraq Beynəlxalq Qarabağ konfransına hazırlıq tədbirləri çərçivəsində   ictimai dinləmələr silsiləsindən “Qarabağ müharibəsi və ideoloji amillər” mövzusunda növbəti elmi-nəzəri seminarını keçirir. Konfrans şəhidlərin ruhuna dua oxunması ilə başlayıb. Tədbir Rövşən Əhmədlinin aparıcılığı ilə davam edir. Tədbirin məruzəçisi DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğludur. Qeyd edək ki, Tədbirdə Qarabağ Azadlıq Təşkilatının səlahiyyətli nümayəndələri, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, politoloq Azad İsazadə, politoloq Kəlam Əliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Növrəstə İbrahimova, Ürfan İctimai Birliyinin sədri Hacı Fuad Ələkbərov, Qarabağ Qazilər İctimai Birliyinin sədri Etimad Əsədov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti İctimai Biriyinin sədri Növrəstə Yusifova, Məşəl İctimai Birliyinin sədri Abbasov Alman, Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov və digər QHT sədrləri, ictimai xadimlər, media mənsubları iştirak edirlər.

 Birlik.az saytı olaraq irəliləyən saatlarda tədbirdən geniş müsahibə və reportaj təqdim edəcəyik.

Qeyd edək ki, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri  Rövşən Əhmədli birlik.az saytına bildirib ki,  Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ilə bağlı Bakıda üç dəfə ictimai dinləmələr, elmi-nəzəri seminarlar keçiriblər. dördüncü belə tədbir isə bu gün sentyabrın 11-də planlaşdırılıb: “Noyabr ayının 6-da Təbrizdə Beynəlxalq Qarabağ konfransı ilə də yekunlaşmalıdır bu tədbirlər”.

R.Əhmədli onu da bildirib ki,  Qarabağ Beynəlxalq Konfransı 6 noyabr 2013-cü ildə Təbriz Universitetinin  Vəhdət salonunda keçiriləcək.

Birlik.az


  • Yazılıb
  • da (də) 2013 Sep 15