Tarix : 2013 Sep 15
Kod 40208

məktəbli qızları oğlanlar və qızların birlikdə iştirak etdiyi ümumi üzgüçülük dərsinə qatılmağa məcbur edilillar

Almaniya məhkəməsi müsəlman məktəbli qızların öğlanların iştirak etdiyi ümumi üzgüçülük dərslərinə qatılmasını lazımlı edən qərar verib

AranNews - Almaniya məhkəməsi keçən həftənin çərşənbə günü müsəlman məktəbli qızları oğlanlar və qızların birlikdə iştirak etdiyi ümumi üzgüçülük dərsinə qatılmağa məcbur edən qərar verib.

Frankfurt şəhərində yaşayan, əslən mərakeşli olan müsəlman ailənin qızı Əsma bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişdi. Onun valideynləri də neçə vaxtdır ki, bu məsələnin həll olunmasını istəyirlər. “Mən oğlanların da iştirak etdiyi üzgüçülük dərslərinə girmək istəmirəm. Mən özəl üzgüçülük dərsləri ala bilərəm. Mən normal insanam və dini vəzifələrimi yerinə yetirməkdə azad olmaq istəyirəm”, - deyə qız bildirib.

Hakimlər bildiriblər ki, məktəblilər üzgüçülük dərslərinə müsəlman qadınların geydiyi və bütün bədəni örtən burkinidə olsalar hovuza girə bilər.

Burkini, müsəlman qadınların üzgüçülük vaxtı geyindikləri geyimdir, üz və əllərdən başqa başdan ayağa qədər bədəni örtür.

Əsma təhsil alan məktəbin müdiri bu ölkədəki dini azadlıqların əksinə olaraq deyib: “Bizdə adi bir qayda var və bu qaydaya görə bütün məktəblilər üzgüçülük dərsi almalıdırlar. Valideynləri uşaqlarını bizim məktəbə yazdıqları zaman buna öz razılıqlarını verməlidirlər”.

Oğlan və qızları ayırmaq, yaxud xüsusi siniflər təşkil etmək, yaxud digər həll yolları ilə hər iki qanunu icra etmək olar. Amma Almaniya məhkəməsi və məktəblərinin müsəlman qızların məktəbin oğlanları ilə bir-birinə qatmaq istəməsi bu ölkənin dini azadlıqlar barədəki qanunlarına ziddir.

Məhkəmənin çıxardığı bu hökm müsəlman övladlarının qərb mədəniyyəti ilə tərbiyə olunması proqramı çərçivəsindədir; dini və əxlaqi dəyərlərdən hər gün uzaqlaşan bir mədəniyyət.

Almaniya Ali Məhkəməsini çıxardığı bu qərar bu ölkədə fiziki təlimin mənəvi təlim-tərbiyədən öndə durmasını göstərir. Görəsən, xəstə ruhla tərbiyə olunmuş ruh belə bir cismi idarə edə bilərmi? Və həmin insanın topluma fayda verməsinə səbəb olaramı?

Bu xəbərin ardında gəlib: “Almaniya hökuməti həmişə bu ölkədə yaşayan milyonlarla müsəlmanı öz cəmiyyətində həzm etmək istəyib”. Görəsən, dini etiqadlardan əl çəkmək, həzm olmaqdır yoxsa məhv olmaq?

 

  • Yazılıb
  • da (də) 2013 Sep 15