Tarix : 2013 Sep 16
Kod 40221

Müştərək tarixi irs İran- Azərbaycan həmkarlıqlarının əsasıdır

İran İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri İran ilə Azərbaycan Respublikasının tarixi sivilizasiyasının müştərək irsini iki ölkənin mədəni-dini həmkarlıqlarının əsası adlandırıb

İran İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri İran ilə Azərbaycan Respublikasının tarixi sivilizasiyasının müştərək irsini iki ölkənin mədəni-dini həmkarlıqlarının əsası adlandırıb.

IRNA-nın məlumatına əsasən, İran İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri- Məhəmməd Bağır Xürrəmşad bu gün  Tehranda Azərbaycan R. Dini İşlər Komitəsinin sədri və bu ölkə prezidentinin dini məsələlər üzrə müşaviri- Elşad İsgəndərov ilə görüşdə Quran maarifi və təlimləri, eləcə də Əhli-Beyt(ə) məktəbinin yüksək zənginliyinin olması ilə iki ölkənin mədəni və dini əməkdaşlıqlarının qaydaya salınmasının önəminə işarə edərək, İran İslam Respublikası ilə Azərbaycan R-nın bu sahədə birgə səylərinə təkid edib.

Xürrəmşad mədəniyyətə qayıdış və mənəviyyat kimi iki mühüm fenomeni müasir cəmiyyətlərin xüsusiyyətlərindən adlandıraraq, əlavə edib: Müasirləşmə dövrünün kulminasiya nöqtəsində də xristianlıq mədəniyyəti və dindən söz açılır və bunun özü, dinin, cəmiyyətlərin milli və beynəlxalq həyatlarında mühüm rol oynadığından söz açır.

Bu iranlı rəsmi İran İslami Mədəniyyət və Əlaqələr Təşkilatının bu xüsusda yazılı əsərləri tərcümə edib, yaymağa, eləcə də Quran fəaliyyətləri təcrübələrini Azərbaycan R. Prezidentinin dini məsələlər üzrə müşavirinə ötürməyə hazır olduğunu bildirib.

Azərbaycan R. Prezidentinin dini məsələlər üzrə müşaviri- Elşad İsgəndərov bu görüşdə tələbə və universitet həmkarlıqları, eləcə də iki ölkə arasında müştərək mədəni və dini konfransların keçirilməsini iki ölkənin əməkdaşlıqlarının nəticələrindən adlandırıb.

Azərbaycan R. Prezidentinin dini məsələlər üzrə müşaviri həmçinin iki ölkə arasında mədəni-dini fəaliyyətlərin proqramlaşdırılması üçün birgə işçi qrupunun yaradılması, İran İslam Respublikasının universitet və islami elmlər sahələrindəki təcrübələrindən istifadə, həmçinin iki ölkə arasında mədəni və dini heyətlər mübadiləsi və məsləhətləşmələrin aparılmasını istəyib.

 

 


  • Yazılıb
  • da (də) 2013 Sep 16