Tarix : 2013 Sep 16
Kod 40223

Ayətullah Xameneyi Qarabağ barəsində nələr söyləyib?

Bizim öz yaxınlığımızda, Azərbaycan Respublikasının Qarabağ regionunda müsəlmanların başlarına gələn faciələr həmin (Bosniya və Yuqoslaviyadakı) faciələr kimidir

Azadxeber.net internet qəzeti İranın Ali dini lideri Ayətullah Xameneyinin Qarabağ və Qafqaz müsəlmanları barədə fərqli zamanlarda etdiyi çıxışlarını izləyicilərə təqdim edir.

Ayətullah Xameneyinin İslam Konfransı Təşkilatının (hazırkı İslam Əməkdaşlıq Təşkilatının) 8-ci Zirvə Toplantısının açılış mərasimində çıxışında:

"Bosniyada, Kəşmirdə, Somalidə, Qarabağda və digər məntəqələrdə müsəlmanlar problemlərlə üzləşiblər. İslam Konfransı Təşkilatı xüsusi komitələrdən istifadə etməklə problemlərin həlli istiqamətində bütün üzv ölkələrin onda payı olduğu təsirli addımları ilə bunu həll edə bilər." (1997-ci il 9 dekabr)

 

Ayətullah Xameneyinin Həcc mərasiminin məsul əməkdaşları ilə görüşündəki çıxışından:

"Bizim öz yaxınlığımızda, Azərbaycan Respublikasının Qarabağ regionunda müsəlmanların başlarına gələn faciələr həmin (Bosniya və Yuqoslaviyadakı) faciələr kimidir.." (1994-cü il 20 aprel)

 

Həcc mərasiminin keçirilməsi münasibətilə verdiyi bəyanatdan bir hissə:

Ayətullah Xameneyi bu bəyanatında "sivil" Avropanın mərkəzi Sarayevoda müsəlmanların amansızcasına öldürülməsini, Qarabağda və bütün Qafqazdakı müharibələri ABŞ hökumətinin başçılarının İslam və İslam hökumətinə qarşı dərin və tamam olmayan kinlərinin acı və qəmli şahidi kimi xatırlatmışdır. (1992-ci il 7 iyun)

 

Ayətullah Xameneyinin Təbriz əhalisi qarşısında çıxışından:

"Ermənistan dövləti və Qarabağ erməniləri bu məntəqənin müsəlmanlarına zülm etmişdir. Biz, Qarabağ ermənilərinin Ermənistan dövlətinin dəstəyi ilə etdikləri bu hərəkətləri pisləyirik və ölkəmizdə yaşayan ermənilərin də o məntəqə ermənilərinin əməllərini pisləməsini gözləyirik və bunu elan edirik Ki, Qarabağ İslam torpağıdır." (1993-cü il 27 iyul)

 

Ayətullah Xameneyi Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevlə görüşündən

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüşündə İran və Azərbaycan xalqları arasındakı dərin tarixi, fikri və etiqadi bağlantılara işarə edərək vurğulayıb: "İran və Azərbaycan xalqları tarix boyu bir xalq olublar və hazırda münasibətlərin daha da möhkəmləndirilməsi hər iki ölkənin xeyrinə olacaqdır". (2002-ci il 9 may)

Bu görüşdə Heydər Əliyev Azərbaycan və Ermənistan münaqişəsinə işarə edərək İranın Azərbaycan xalqına etdiyi köməklərinə görə təşəkkür edərək bildirib ki, "Biz inanırıq ki, bu  münaqişə gərək danışıqlar yolu ilə həll olunsun və İran İslam Respublikası da bu münaqişənin həllində iştirak etsin".

 

İslam Konfransı Təşkilatının 8-ci Zirvə Toplantısı çərçivəsində Azərbaycan Resublikası Heydər Əliyevin Ayətullah Xameneyi ilə görüşündən:

Bu görüşdə Ali dini lider Azərbaycan Respublikasının bəzi informasiya vasitələrinin yalan və həqiqətin əksinə olan təbliğatlarından gileyləndi və ölkə prezidentindən öz nüfuzundan istifadə edərək İran əleyhinə düşməncə təbliğin qarşısını almasını istədi.

Görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycanı İslam dünyasının ayrılmaz bir hissəsi kimi təqdim edərək dedi: "Mənim ölkəm müstəqildir, öz din və imanını heç vaxt əldən verməyəcək."

O, öz dövlətinin İran İslam Respublikası ilə münasibətlərinin genişləndirmək istəməsini vurğulayaraq bildirib: "Biz də iranlı qardaşlarımız kimi sionistləri bütün müsəlmanlar üçün təhlükəli bilirik və inanırıq ki, sionistlər biz müsəlmanların ümumi düşmənidir" (1997-ci il 10 dekabr)

 

Mənbə: http:// www.leader.ir/langs/fa  (Ayətullah Xameneyinin İnformasiya Bloku).

 

 


  • Yazılıb
  • da (də) 2013 Sep 16