Tarix : 2013 Sep 17
Kod 40225

İran-Azərbaycan münasibətləri “hiss” mərhələsindən “dərk” mərhələsinə keçiddə

Son bir ildə İran-Azərbaycan münasibətlərində bəzi əlamətlər görsənir ki, bu, iki ölkə münasibətlərinin“hiss” mərhələsindən “dərk” mərhələsinə keçidini göstərir

Son bir ildə İran-Azərbaycan münasibətlərində bəzi əlamətlər görsənir ki, bu, iki ölkə münasibətlərinin“hiss” mərhələsindən “dərk” mərhələsinə keçidini göstərir.

Bərk bədbinlik hissi şəxsin o halda hamının, hətta öz yaxınlarının ona qarşı kələk gəlməsini, onu aradan aparmaq istəməsini fikirləşir. İnsanda bu hiss onun qətl törətməsinə də səbəb ola bilər. Bu halın qüdrət halı ilə əlaqəsi daha maraqlıdı və biz tarix boyu buna xatir törədilən siyasi qətllərin şahidi olmuşuq. Nadir şah öz oğlu Rzaquluya sui-zənn etdiyi üçün onun gözlərini kor etdi. Amma sonradan oğlunun günahsız olduğu sübuta yetdikdə bərk peşman oldu və əxlaqını dəyişdi.

Amma bu zehni halı “hissə”dən “küll”ə gətirsək və onu beynəlxalq münasibətlərdə araşdırsaq, onun qorxunc nəticələrinin şahidi olacağıq. Bu həmin “hiylə fikri” adlanan nəzəriyyədir. Bu halda dövlət elə fikirləşir ki, bir yaxud bir neçə dövlət onun əleyhinə plan qurmaqla məşğuldurlar və onun hökumətinə hücum etmək istəyirlər. Bu səhv düşüncə hətta dövlətlər arasında müharibəyə də çevrilmişdir. İkinci dünya müharibəsinin başlamasının ən ümdə səbəbi alman və ingilis dövlətləri arasında bir-birinə qarşı sui-zənn oldu.

Beynəlxalq siyasətlərdə adətən, siyasi və ictimai böhranı arxada qoyan, yaxud uzun illərdən sonra istismardan qurtulan dövlətlər başqa ölkələrdən daha çox bədbinliyə düçür olurlar. Bu da onları digər siyasi vahidlərə yaxınlaşmaq imtiyazından məhrum edir.

Aydındır ki, bədbinlik halı realizm məktəbinin əsil katoqoriyalarından hesab edilir. Bu halın müxtəlif dərəcələri vardır və dövlət üçün onun müəyyən səviyyəsi lazımdır. Amma bu müəyyən səviyyəni aşsa, onun üçün problemlər yaradar. Qeyd edək ki, bir dövlətin başqa dövlətə bədbinliyi həmişə onun öz daxilindən yaranmır, elə vaxtlar olur ki, başqa dövlətin onu bu işə vadar üzündən olur. Bədbinlik halı həmişə müharibə və qarşıdurmaya gətirib çıxarmır və bəzən iki ölkənin münasibətlərinin qarşısının alınmasına səbəb olması ilə kifayətlənir. Bu hadisə iki qonşu ölkə arasında baş versə, təbiidir ki, burada kiçik ölkə daha çox ziyan çəkəcək.

Azərbaycan Respublikasının İranla münasibətlərinin tarixçəsini araşdırdıqda yuxarıda deyilən məsələ daha da aydınlaşır. Azərbaycan ölkəsi 1991-ci ildə müstəqillik qazandı. “Xalq Cəbhəsi”nin hakimiyyəti dövründə bu hökumət bəzi səbəblər üzündən İrana qarşı bədbinliyə düçar oldu. Bu səbəbləri daxili və  xarici olmaqla iki hissəyə bölmək olar.

Daxili səbəblər hissəsində: Ermənilərlə müharibə meydanında qələbə qazana bilməyən Xalq Cəbhəsinin başçıları öz uğursuzluqlarının nəticəsini xarici səbəblərdə axtarır və həm etnik radikal inanclar üzündən Azərbaycan xalqını İrana qarşı bədbin etməyə çalışırdılar.

Xarici səbəblər hissəsində: ABŞ dövləti və sionist rejiminin İranla düşmənçiliyi və Türkiyə kimi ölkələrin İran İslam İnqilabı ilə rəqabəti onların Azərbaycan siyasətçiləri və xalqı arasında anti-İran təbliğatı aparması səbəb oldu.

Bu səbəblər üst-üstə Azərbaycanın İrana qarşı münasibətlərinin soyumasına səbəb oldu. Başqa sözlə desək, bu səbəbələr Azərbaycanın İranla münasibətlərinin nütfəsinin bədbinllik üzərində yaratdı. Ona görə də Bakı-Tehran münasibətləri eniş-yoxuşlarla üzləşdi. Bunun da məbnası iki tərəfin bir-birindən “düzgün dərki” yox, Azərbaycanın İranda “bədbinlik hissi”ndən və qarşılıqlı olaraq İranın Azərbaycanın bəzi hərəkətlərini xoşlamamsına qayıdır.

Azərbaycan Respublikasında mərhum Heydər Əliyevin iş başına gəlməsindən sonra o və iranlı diplomatlar “bədbinlik və xoşlamamazlıq”ı “qarşılıqlı güvən”lə əvəz etməyə çalışdılar və bunun müsbət nəticələri oldu. Heydər Əliyevin dünyadan köçməsi və cənab İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra İranın düşmənləri, əsasən də sionist rejim qabaqkı yaranmış şərait və Azərbaycanın xüsusi ictimai və siyasi şəraitindən istifadə edərək Azərbaycan dövləti və xalqının İrana qarşı bədbinliyini davam etməsinə çalışdılar. Onlar bu istiqamətdə media, siyasət, mədəniyyət və s. kimi bütün yollardan istifadə etdilər. Təəssüflər olsun ki, öz işlərində bəzi nailiyyətlər də qazandılar.  Azərbaycanın bəzi media və dairələrində sionistlərin senarisi və əksərən Azərbaycan dövlət rəsmilərinin də nəzərinin əksinə olan İslam müqəddəslərinə hörmətsizlik, ya bəzi anti-İran etnik hərəkətlər təbbi ki, İranın din və siyasəi dairəsinin etirazına səbəb olmalıdır. Bu mövzu Tehran-Bakı münasibətlərinə təsir qoyur və bunun zərərini hamıdan çox iki qonşu ölkə və onun müsəlman cəmiyyəti çəkir.

Xoşbəxtlikdən son bir ildə İran-Azərbaycan münasibətlərində bəzi əlamətlər görsənir ki, bu iki ölkə münasibətlərinin“hiss” mərhələsindən “dərk” mərhələsinə keçidini göstərir. İki ölkənin yüksək rütbəli rəsmilərinin qarşılıqlı səfərləri, o cümlədən Azərbaycan Prezident Administrasiyasının başçısının, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin, Milli Məclisin sədrinin son bir neçə ayda Tehrana səfərləri və İran rəsmilərinin azəri rəsmi heyətlərini isti qarşılaması, Bakıda bəzi etnik ixtiafçıların ofislərinin bağlanması, bəzi anti-İran simaların Azərbaycana buraxılmaması, İslam əleyhinə addımların təkrarlanmaması təbii olaraq iranlı təqlid mərcələri və alimlərin razılığını öz ardınca gətirir. İran və Azərbaycan mediaları arasında münasibətlərin artması, Azad Qarabağ Uğrunda Alyansın Təbrizə səfəri və İranın mədəniyyət fəallarının, universitet adamlarının, imam cümələrin onları yüksək həddə isti qarşılaması, yaxın gələcəkdə İranda Beynəlxalq Qarabağ Konfransının təşkili və bunun kimi nümunələr iki ölkə arasında münasibətlərin möhkəmlənməsindən və “hiss” mərhələsindən “dərk” mərhələsinə keçidini göstərir.

İranda öz xarici siyasətinin ümdə məsələsini qonşu ölkələrlə münasibətlərin möhkəmləndirməsi üzərində qurmaq istəyən yeni hökumətin iş başına gəlməsi, Azərbaycan Prezidentini doktor Ruhaniyə təbrik məktubu göndərməsi və məktubda əməkdaşlığın genişləndirilməsinə çalışmaqdan söz açılması, İran Prezidentinin də cavab məktubunda bu əməkdaşlığı yaxşı qarşılaması və Tehran-Bakı münasibətlərinin dərinləşməsi istəməsi İran-Azərbaycan münasibətlərində yeni mərhələ yaratmışdır. Bu mərhələnin ilk addımında İran Xarici İşlər Nazirliinin sözçüsü özünün ilk mətbuat konfransında iki ölkə arasında ticarət mübadiləsinin artacağına ümidvar olduğunu bildirdi.

Sözsüz ki, bu prosesin davamı iki ölkənin bir-birini yaxşı tanıması, öz araşdırmalarında qarşılıqlı haqq nəticələrə söykənmələri, üçüncü siyasi gücdən təsirlənməmələri, hər iki ölkə xalqının ortaq tarix, mədəniyyət və dininə hörmət qoymaları və bu ortaqlıqlardan münasibətlərin möhkəmlənməsində bəhrələnmələri lazımdır. Belə olan halda öz ərazisinin 20 faizini itirmiş Azərbaycan güclü qonşusu olan İranın imkanlarından, habelə, İslam dünyasının dəyərli potensiallarından öz torpaqlarını azad etmək və öz inkişaf prosesini sürətlə artırmaq üçün istifadə edə bilər.

Azərbaycan və İran arasındakı düzgün dərk əsasında münasibətlərin genişlənməsi iki ölkə arasındakı ixtilafların həllini və səliqə fərqlərini az xərclərlə azalda bilərlər. Bunun aşkar nümunəsini hazırkı şəraitdə İran və Azərbaycanın mədəni-siyasi dairəsində Nizami Gəncəvinin məqbərəsi barədə dəyişmiş siyasətlərini göstərmək olar. Yəni qabaqkı illərdə bu ixtilaflar həyəcanlı, sərt, bəzən də medianın şıltaqlığı ilə yanaşı olurdusa, indi sakit və məntiqi mühitdə izlənilir. Qeyd edək ki, bu cür rəftarlar İran və Azərbaycan xalqlarının ortaq dini, mədəni və tarixinin dayağı ilədir və bu ortaqlıqlarla daha uyğundur .");


  • Yazılıb
  • da (də) 2013 Sep 17