Tarix : 2013 Sep 21
Kod 40257

Həzrət Ayətullah Xameneinin ustad Şəhriyarla görüşlərindən xatirələr-Sən bizim Əbəlfəzimizsən (1)

Onlar bir-birlərini qucaqladılar, ustad (Şəhriyar) ağanın əlini əlinə alan kimi ağlamaq tutdu. Sonra ağanın əlini öz sinəsinə basıb dedi: "Sən bizim Əbəlfəzimizsən"

Onlar bir-birlərini qucaqladılar, ustad (Şəhriyar) ağanın əlini əlinə alan kimi ağlamaq tutdu. Sonra ağanın əlini öz sinəsinə basıb dedi: "Sən bizim Əbəlfəzimizsən".

Ustad Şəhriyarın qəzəlçi şagirdi Əli Əsğər Fərdi Ayətullah Xameneinin ustad Şəhriyarla görüşlərini qələmə almışdır. Böyük İran şairi Şəhriyarın vəfatı və Fars Şer və Ədəbiyyatı günü münasibətilə bu xatirələrə ötəri nəzər salırıq:

Şəhriyarşanas həzrət Ayətullah Xameneinin öz açıqlamalarına və ədəbiyyatda xüsusi zövqünə əsasən, gənc vaxtlarında və Məşhəddə olarkən tələbəlik illərinin əvvəllərində ustad həkim Şəhriyarın əsərləri ilə tanış olub.

Şəhriyar 1310-1314-cü ilərdə Məşhəddə sürgündə olarkən Xorasanın Nəvid, Mahmud Fərx, Gülşən Azadi kimi böyük şairləri ilə tanış olmuş, onlarla yoldaşlıq etmişdir. Bu üzdən Məşhəd şairlərinin əncümənində daimi iştirak edən Ayətullah Xamenei  ustad Şəhriyarın şerləri ilə tanış idi. O həzrət prezident olduğu dövrdə bir də dedi ki, tələbəlik illərində istirahət vaxtlarında mədrəsənin hovuzunun kənarında oturub ustad Şəhriyarın şerlərini (xüsusi olaraq "Əli, ey hümayi-rəhmət" şerinin adını çəkdi) öz-özünə zümzümə edirdim. Hətta, bu şeri Hümayun dəstgahında tərənnüm etməsini də qeyd etdi.

Mənə belə gəlir ki, Ayətullah Xamenei ən yaxşı Şəhriyarşünaslardan biridir və uzun illərdən bəri ustadın şer və əsərləri ilə tanışdır. Eşitdiyimə görə, o 3 dəfə Şəhriyarın əsərlərini tamamilə mütaliə etmiş və haşiyədə öz mülahizələrini yazmışdır. Onunla görüşlərin hər birində, şəxsi və ümumi görüşlərdə ustad həkim Şəhriyarın əsərlərinə aid zərif bədii incəlikləri qeyd edib. Bu incəliklər onun ustadın şerlərində dərin diqqət etdiyini göstərir. Bundan da önəmli budur ki, ustad həkim Şəhriyarın mənəvi şəxsiyyətini heç kəs onun qədər yaxşı dəyərləndirə bilməmişdir.

Ayətullah Xamenei 2006-cı ildə ustad Şəhriyarın 100 illik yubleyi münasibətilə keçirilən konfransda çıxış edərkən elmi əsaslı tutarlı sübutlarla Şəhriyarı "həkim" adlandırdı.


  • Yazılıb
  • da (də) 2013 Sep 21