Tarix : 2013 Sep 21
Kod 40259

Azərbaycanın iftixarları İslami İranın izzət və ucalıq simvollarıdır

Cəmiyyəti, əsasən də gənc nəsli elm və irfan böyüklərinin yolunu, Qurani-kərim və əhli-beytin (ə) uca maarifi ilə tanış etmək məqsədi daşıyan bu obyektiv layihə icra olunmaqdadır

Cəmiyyəti, əsasən də gənc nəsli elm və irfan böyüklərinin yolunu, Qurani-kərim və əhli-beytin (ə) uca maarifi ilə tanış etmək məqsədi daşıyan bu obyektiv layihə icra olunmaqdadır.

AranNews - Ustad Məhəmməd Hüseyn Şəhriyarın ədəbi məqamının anılması və Milli Şer və Ədəbiyyat günü münasibətilə Təbrizdə keçirilən mərasimdə çıxış edən Əli Danəndə bildirdi: "Azərbaycan öz ətəyində iftixarlı və seçilmiş şəxsiyyətlər yetişdirmişdir. Ədəbiyyat və mərifət dəryasının gövhərlərindən olan ustad Şəhriyar bunun ən aşkar və parlaq nümunələrindəndir. Biz öz milli kimlik və mədəniyyətimizi dünyaya tanıtmaq üçün Şəhriyar kimi böyüklərimizi tanıtmağa ehtiyaclıyıq".

Danəndə "Azərbaycanın iftixarları İslami İranın izzət və ucalıq simvollarıdır" layihəsinin icra vəziyyətində olmasına işarə edərək artırdı: "Cəmiyyəti, əsasən də gənc nəsli elm və irfan böyüklərinin yolunu, Qurani-kərim və əhli-beytin (ə) uca maarifi ilə tanış etmək məqsədi daşıyan bu obyektiv layihə: "Din alimləri və İslam irfanı", "Şairlər və yazıçılar", "Şəhidlər və hünər ustadları" kimi üç hissədə icra olunmaqdadır".

Danəndə, Azərbaycan iftixarları barədə elmi tədqiq və əsərlərin yazılmasını, onlar barədə tabloların hazırlanmasını, onların qısa bioqrafiyasının yazılmasnı, onlardan bəhs edən kitabça və nəfis albomların buraxılmasını, həmçinin romanların yazılmasını, sərgilərin keçirilməsini, vitural muzeylərinin açılmasını bu proqram çərçivəsində atılmış addımlardan olduğunu da bildirdi.

O, həmçinin yaxın gələcəkdə Təbrizdə şair və ariflərdən söz açan muzeyin açılacağını xəbər verdi.

 

 


  • Yazılıb
  • da (də) 2013 Sep 21