Tarix : 2013 Sep 21
Kod 40267

Cəmil Həsənli: Cavabı birbaşa İlham Əliyevə verəcəyəm

Bu gün Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli RATİ-də mətbuat konfransı keçirib

Bu gün Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli RATİ-də mətbuat konfransı keçirib.

Prezidentliyə namizəd Cəmil Həsənli deyib ki, əslində debatda baş verənləri şərh etməyə ehtiyac yoxdur: "Çünki hər şey xalqın gözü qarşısında baş verdi. Bu cür hadisənin baş verəcəyini gözləyirdik. Azərbaycan hakimiyyəti elə vəziyyətdədir ki, onun 6 dəqiqəlik çıxışa dözümü yoxdur. Buna debat da deməyə adamın dili gəlmir.

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli  qey edib ki, Bunlar elə bilir ki, Hafizlə məni qarşı-qarşəya qoymaq istəyirlər. Bəyan edirəm ki, istər Hafiz, istər başqaları tərəfindən mənə yönələn fikirlərə cavabı birbaşa İlham Əliyevə verəcəyəm. Hafiz Hacıyev kimisini qeydiyyata almaq xalq tüpürməkdir. Dövlətimizin imici çox qiymətlidir. Bizim sözümüz İlham Əliyevə ünvanlanacaq. Çünki bu vəziyyəti ortaya gətirən odur. Bu çürük, mənəviyyatsız rejimdir. Azərbaycan xalqı ayağa qalxmalıdır və bunlara yox deməlidir".

 


  • Yazılıb
  • da (də) 2013 Sep 21