Suriyada gedən toqquşmaların davamında Əbu Yəhya ilə yanaşı daha 4 Azərbaycan vətəndaşı həlak olub



Suriyada gedən toqquşmaların davamında Əbu Yəhya ilə yanaşı daha 4 Azərbaycan vətəndaşı həlak olub.
Aran agentliyinin məlumatına görə, etibarlı mənbələr Azərbaycan vətəndaşı olan və “Mühacirlər və Ənsar Ordusu”nun komandanı olaraq Suriyada Əsəd hökumətinə qarşı savaşan Azərbaycan təkfiriləri camaatının lideri Əbu Yəhyanın öldürülməsindən xəbər veriblər.
Əbu Yəhya Suriya ordusunun Həmat şəhərində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ağır yaralanıb və aldığı yaraların ağırlığı üzündən həyatını itibir.
Əbu Yəhya Al-Azəri “Mühacirlər və Ənsar Ordusu”nun lideri Əbu Ömər Çeçeni-yə yaxın adamlardan idi.
Suriyada gedən toqquşmalarda Əbu Yəhya ilə yanaşı daha 4 Azərbaycan vətəndaşı həlak olub.
Təqribən 60 Azərbaycan vətəndaşı cari 2013-cü ilin əvvəllərindən Suriyada silahlı qiyamçılara qoşulub. Onlar Azərbaycanın Dağıstan ilə sərhəd məntəqəsində yaşayan vəhhabilərdirlər ki, Ərəbistan tərəfindən himayə olunurlar.