Tarix : 2013 Sep 22
Kod 40280

Oland və Ruhani görüşəcəklər

Fransanın prezidentlik sarayı bir bəyanat yayaraq bu ölkə prezidenti ilə İran prezidentinin qarşıdan gələn çərşənbə axşamı görüşəcək xəbərini verib

Fransanın prezidentlik sarayı bir bəyanat yayaraq bu ölkə prezidenti ilə İran prezidentinin qarşıdan gələn çərşənbə axşamı görüşəcək xəbərini verib.

İRNA məlumat verib cümə günü yayılan bu bəyanata əsasən bu görüş Nyu-Yorkda və BMT baş assambleyası iclasının kənarında keçiriləcək.

Fransa prezidentinə yaxın bir rəsmi söyləyib: İranın nüvə mövzusu və Suriya məsələsi barədə danışıq bu görüşün əsasını təşkil edir.

Fransalı bu rəsmi həmçinin söyləyib: Rəsmi Paris bu qənaətdədir ki, İran da digər təsir edici amillər kimi Suriya böhranının çözülməsində iştirak etməlidir.


  • Yazılıb
  • da (də) 2013 Sep 22