Tarix : 2013 Sep 22
Kod 40281

İran Silahlı Qüvvələrinin paradı başlandı

İran İslam Respublikası Silahlı Qüvvələrinin Müqəddəs Müdafiə Həftəsinin başlanması münasibəti ilə böyük paradı prezident höccətülislam vəlmüslimin Həsən Ruhaninin iştirakı ilə başlanıb

İran İslam Respublikası Silahlı Qüvvələrinin Müqəddəs Müdafiə Həftəsinin başlanması münasibəti ilə böyük paradı prezident höccətülislam vəlmüslimin Həsən Ruhaninin iştirakı ilə başlanıb.

İRİB-in məlumatına görə, prezident Ruhani İslam İnqilabının banisinin pak hərəminin kənarında Müqəddəs Müdafiə Həftəsinin başlanması münasibəti ilə keçirilməkdə olan paradda deyib: 8 illik müdafiədə təcavüzkarı məhv edən və bizim üçün şərəf, izzət və başıucalıq gətirən bütün şəxslərə salam olsun.

Höccətülislam vəlmüslimin Həsən Ruhani əlavə edib: Sevinirəm ki, Müqəddəs Müdafiənin 33-cü ildönümündə o dövrdə fəxrlər yaradan əziz döyüşçülərin kənarında möhkəmlilik, əzəmət və müqaviməti bütün vücudumla hiss edirəm.

Paradda İranın Silahlı Qüvvələrinin quru, hava və dəniz üzrə yeni hərbi təchizatları və nailiyyətləri nümayiş etdiriləcək.

Bu mərasimdə Silahlı Qüvvələrin yüksək səviyyəli komandanları, müdafiə naziri və xarici ölkələrin hərbi attaşelərindən bir qrupu da iştirak edir.


  • Yazılıb
  • da (də) 2013 Sep 22