Tarix : 2013 Sep 22
Kod 40285

Akif Nağı: İran hazırda daha güclü mövqeyə malikdir və Qarabağ münaqişəsinin həllində vasitəçi ola bilər

Qarabağ Azadlıq Təşkilatının sədri hazırda İranın daha güclü mövqeyə malik olduğunu və Qarabağ münaqişəsinin nizamlanmasında bir vasitəçi ola biləcəyini deyib

Qarabağ Azadlıq Təşkilatının sədri hazırda İranın daha güclü mövqeyə malik olduğunu və Qarabağ münaqişəsinin nizamlanmasında bir vasitəçi ola biləcəyini deyib.

Akif Nağı İslamın Səsi xəbər agentliyi ilə müsahibədə deyib: Ötən əsrin 90-ci illəri ilə müqayisədə İranın mövqeyi xeyli güclənib və elə buna görə də, Tehranın Qarabağ münaqişəsinin həllində vasitəçiliyi mümkün olub.

A.Nağı Rusiya və Qərbin İranın vasitəçiliyi ilə müxalifət edəcəklərini bildirərək, deyib: Bəzi qüvvələr Qarabağ münaqişəsinin həllində İranın vasitəçiliyi ilə müxalifdirlər və xristian ölkələri o cümlədən Rusiya və Amerika İranın vasitəçiliyi ilə müxalif olanlar arasında yer alırlar.

Qarabağ Azadlıq Təşkilatının sədri Rusiya və Ermənistanın 1992-ci ildə İranın vasitəçilik missiyasının davam etməsinin qarşısını almaq üzrə səylərinə və Şuşanın işğal edilməsi ilə İrana qarşı təbliğatlara başlamalarına işarə edərək, deyib: Digər tərəfdən ABŞ prezidenti Barak Obama bir müddət öncə Qarabağ münaqişəsinin tənzimlənməsində regionun təsirli ölkələrinin o cümlədən İran və Türkiyənin də iştirak edə biləcəklərini vurğulayıb. Qərb dərk edib ki, İran bu məsələdə uğurlu rola malik ola bilər. Buna görə də İranın vasitəçiliyinin qarşısını almaq üçün istənilən vasitədən istifadə edəcək. Amma, mən belə inanıram ki, indi Tehran münaqişənin həlli üçün mühüm vasitələrə malikdir və əgər Qarabağ münaqişəsinin həllində İrana vasitəçilik imkanı verilərsə, Tehran münaqişənin həlli prosesinə müsbət təsir buraxa bilər.

 


  • Yazılıb
  • da (də) 2013 Sep 22