Tarix : 2013 Sep 23
Kod 40294

Vəhhabi bumrengi artıq Azərbaycana qayıdır!

Azərbaycan Respublikasından Suriyaya döyüş üçün gedənlərin qarşısında loyal yanaşan rəsmi Bakı artıq bu məsələ ilə əlaqədar dərdisərə düşüb

Azərbaycan Respublikasından Suriyaya döyüş üçün gedənlərin qarşısında loyal yanaşan rəsmi Bakı artıq bu məsələ ilə əlaqədar dərdisərə düşüb.

Qərb ölkələri rəsmi Bakıya Suriyaya gedən azərbaycanlıların seçki ərəfəsində ölkəyə qayıdıb, burada təxribatlar törədə biləcəyinə dair xəbərdarlıq ediblər.

Sızan məlumatlara əsasən, son bir həftədə Suriyadan qayıdan 10-dan çox adam ölkəyə buraxılmayıb.

Bndan əvvəl  Azərbaycanın xüsusi xidmət orqanları Suriyada savaşmaq üçün gedənlərə loyal yanaşırdılar.

Hətta qərbin himayəsi ilə davam edən bu savaşa  rəsmi Bakının da 500 min Avro yardım ayırdığı bildirilmişdir.

Ancaq hal hazırda Yeni Musavat qəzeti məlumat verib ki, artıq Türkiyənin Suriya ilə sərhəd məntəqələrindəki Suriya hökumətinə  qarşı təşkil olunan və bir neçə dövlət tərəfindən nəzarət edilən gizli təlim kamplarına Azərbaycan kəşfiyyatçılarından bir neçəsi sızdırılıb .

 


  • Yazılıb
  • da (də) 2013 Sep 23