Azərbaycan Respublikasından Suriyaya döyüş üçün gedənlərin qarşısında loyal yanaşan rəsmi Bakı artıq bu məsələ ilə əlaqədar dərdisərə düşüb
Azərbaycan Respublikasından Suriyaya döyüş üçün gedənlərin qarşısında loyal yanaşan rəsmi Bakı artıq bu məsələ ilə əlaqədar dərdisərə düşüb.
Qərb ölkələri rəsmi Bakıya Suriyaya gedən azərbaycanlıların seçki ərəfəsində ölkəyə qayıdıb, burada təxribatlar törədə biləcəyinə dair xəbərdarlıq ediblər.
Sızan məlumatlara əsasən, son bir həftədə Suriyadan qayıdan 10-dan çox adam ölkəyə buraxılmayıb.
Bndan əvvəl Azərbaycanın xüsusi xidmət orqanları Suriyada savaşmaq üçün gedənlərə loyal yanaşırdılar.
Hətta qərbin himayəsi ilə davam edən bu savaşa rəsmi Bakının da 500 min Avro yardım ayırdığı bildirilmişdir.
Ancaq hal hazırda Yeni Musavat qəzeti məlumat verib ki, artıq Türkiyənin Suriya ilə sərhəd məntəqələrindəki Suriya hökumətinə qarşı təşkil olunan və bir neçə dövlət tərəfindən nəzarət edilən gizli təlim kamplarına Azərbaycan kəşfiyyatçılarından bir neçəsi sızdırılıb .