Tarix : 2013 Sep 23
Kod 40296

Nizami qalmaqlından sonra ABŞ səfiri Gəncəyə getdi

Nizami Gəncəvi qalmaqlından az sonra ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar Gəncə şəhərinə gedib

Nizami Gəncəvi qalmaqlından az sonra  ABŞ-ın Bakıdakı səfiri  Riçard Morninqstar Gəncə şəhərinə gedib.

Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev diplomata Gəncənin tarixi, görkəmli şəxsiyyətləri haqqında, eləcə də qarşıdan gələn prezident seçkilərinə hazırlığın vəziyyəti ilə əlaqədar ətraflı məlumat verib.

Səfir Riçard Morninqstar verilən məlumatlardan razı qaldığını bildirib!!

Riçard Morninqstar  şəhərdəki qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirəcək.

Qeyd etmək lazımdir ki, son aylarda Nizami Gəncəvinin məğbərəsindən dahi şairin fars dilində olan şerlərin kitabələrinin sökülməsi böyük qalmaqal yaradıb.

 

 


  • Yazılıb
  • da (də) 2013 Sep 23