Tarix : 2013 Sep 24
Kod 40304

Azərbaycan Güləş üzrə Federasiyasının pulundan keçdim

Roma güləşi üzrə ağır çəkidə qızıl medal əldə edən İranlı güləşçi deyib: Azərbaycan Güləş üzrə Federasiyasının pulundan keçdim ki İranın bayrağını ucaldım

Roma güləşi üzrə ağır çəkidə qızıl medal əldə edən İranlı güləşçi deyib: Azərbaycan Güləş üzrə Federasiyasının pulundan keçdim ki İranın bayrağını ucaldım.

Fars informasiya agentliyinin verdiyi məlumata görə Əmirəli Əkbəri 2 il məhrumiyyətdən sonra dünya çempionatının Roma güləşi üzrə ağır çəki dərəcəsində qızıl medal qazanması barədə deyib: mən keçmişi unutmuşam və gələcəyə baxmaq istəyirəm. Həsrət çəkməyin faydası yoxdur, mən Braziliya yarışlarına hazırlaşmalıyam.

Roma güləşi üzrə dünya səviyyəsində 3 medal sahibi olan İranlı güləşçi Azərbaycan respublikasının bu ölkə yığmasına iştirak üçün verdiyi təklifi rədd etməsi barədəki sualı belə cavablandırıb: mən puldan keçdim ona görə ki İran üçün güləşim və İran bayrağını ucaldım. Rəsmilər sadəcə mən deyiləm bütün idmançılara xüsusi diqqət ayırır, onların nə qədər zəhmət çəkdiyini bilirlər. çox şadam ki, istər Yunan-Roma güləşində İstərsə də sərbəst güləşdə həmvətənlərimiz xalqımızı sevindirə bildilər.


  • Yazılıb
  • da (də) 2013 Sep 24