Tarix : 2013 Sep 24
Kod 40310

Həzrət Ayətullah Xameneinin ustad Şəhriyarla görüşlərindən xatirələr-Sən bizim Əbəlfəzimizsən (2)

Ustad Şəhriyar: "Xudaya, Xudaya, Xomeynini qoru" ən yaxşı qəzəl

Ustad Şəhriyar: "Xudaya, Xudaya, Xomeynini qoru" ən yaxşı qəzəl.

AranNews - Ustad Şəhriyarın şagirdi Əli Əsğər Fərdi Ayətullah Xameneinin ustad Şəhriyarla görüşlərini qələmə almışdır. Böyük İran şairi Şəhriyarın vəfatı və Fars Şer və Ədəbiyyatı günü münasibətilə bu xatirələrə ötəri nəzər salırıq:

 

Bu namaz baldan da şirindir

Sözsüz, deyə bilərik ki, usdadın imam Xomeyni (rh) və Xamenei həzrətlərinə əvəzedilməz sevgisi var idi. İslam İnqilabının qələbəsindən və Ayətullah Xameneinin imam cümə olmağa seçildikdən sonra ustad onunla tanış oldu və bu tanışlıq fasiləsiz olaraq, bəlkə də elə ilk baxışdan sevgiyə çevrildi.

Ustad ibadət və zikr əhli idi. Xəbərlərdən və imam Xomeyninin (rh) çıxışlarından başqa televizora baxmazdı. Amma ilk namaz cümədən və ardıcıl olaraq Xameneyi həzrətlərinin xütbə və namazlarını izləyirdi. Hətta ustadın ağanın namazlarına bağlılığını görən dindar gənclər arasında cümə namazının vacib olub-olmaması barədə bu lətifəni də deyirdilər: Əgər cümə namazını Ayətullah Xamenei qılsa, cümə namazı vacibdir.

Ustad, ağanın namazını tərifləyərək deyirdi: Belə namaz baldan da şirindir. Bütün gözəlliklər və kamal şərtləri onda toplanıbdır. Onun isti, səmimi, bəm və gözəllikdə olan səsi, dəyərli fəsahət və bəlağəti, səlilst və aydın bəyanı, ərəbcə xütbələrində ləhcə və təcvid qaydalarına riayət etməyi və ürəyi oxşayan avazla namaz oxuması vardır. Bu gözəlliklər və gül-çiçəklər toplusudur.

Ustadın ağanın cümə namazına bu sevgisi onun şerində də özünə yer tapdı. O bir gün dedi ki, ağa Xamenei "Munafiqun" surəsini "Rəhab" dəstgahında tilavət edir. Amma Rəhabın qədim bir rəvayəti var ki, mən keçmiş adamlardan öyrənmişəm. Siz səsyazan gətirin və mən oxuyum, siz onu ağaya çatdırın. Sonra ustad Rəhabı kamil surətdə oxudu və öz dəsti-xətti ilə bir qəzəl də yazdı, ağanın adını qeyd etdi və ona çatdırmağımızı istədi.

Biz ağanın ofisi ilə telefon əlaqəsi yaratdıq, dostumla birlikdə həm kasseti, həm də şeri ağaya təqdim etdik.

 

Xudaya, Xudaya, Xomeynini qoru! 1359-un ən yaxşı qəzəli

Tele-Radio Şirkətinin bir qrup əməkdaşı Təbrizə gəlmişdi və ustad həkim Şəhriyardan müsahibə aldılar. O vaxta qədər heç kim ustadın İslam İnqilabı barədə nəzərini bilmirdi. Ustad da bir az gileylə və öz məşhur qəzəlinə işarə edərək dedi: "İndi niyə?" Sonra belə açıqladı ki, gərək inqilabın əvvəlindən onun İslam hökuməti ilə olmasından faydalanırdılar. Ustad bu müsahibədə İslam İnqilabı və imam Xomeyninin (rh) tərifində bir neçə qəzəl və qəsidə də oxudu. Jurnalistlərin "hansı qəzəlinizi daha yaxşı qəzəl hesab edirsiz" sualının cavabında, o çox dəyərli bir cavab verərək dedi: Mənim nəzərimcə camaatın dediyi " Xudaya, Xudaya, Xomeynini qoru!"ən yaxşı və ən gözəl qəzəldir.

Bu müasir dövrün ən böyük və ən məşhur şairinin bir təfəkkür və bir rəhbərə ən yüksək həddə bağlılığı idi ki, bu məsələ bir çox müxalif qanadları qəzəbləndirdi .

 


  • Yazılıb
  • da (də) 2013 Sep 24