Tarix : 2013 Sep 25
Kod 40313

İran İslam Respublikası prezidentinin BMT Baş Assambleyasındakı çıxışı

İran İslam Respublikasının prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edərək, dünyanı davamlı sülh naminə koalisiyaya çağırıb

İran İslam Respublikasının prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edərək, dünyanı davamlı sülh naminə koalisiyaya çağırıb.

İran İslam Respublikasının prezidenti- Həsən Ruhani Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edərək, deyib: Dünyanın müxtəlif məntəqələrində müharibə uğrunda faydasız koalisiya seçimi yerinə, bütün dünyada davamlı sülh naminə koalisiya barədə düşünmək lazımdır.

İran İslam Respublikasının prezidenti çərşənbə axşamı günü gecə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 68-ci sessiyasındakı mühüm çıxışda region və beynəlxalq quruluşun hazırkı durumu və şəraitini dəqiq şəkildə bəyan edərək, dünya ictimaiyyətinin qarşısında duran vəziyyətdən çıxmaq istiqamətində İran İslam Respublikası tərəfindən verilən təklif və həll yollarını təqdim edib.

Ruhani Qərbin İrana qarşı sanksiyalarına işarə edərək, deyib: Bu sanksiyalar qanuni insan haqlarını, o sıradan sülh haqqı, inkişaf haqqı, səhiyyəyə nailolma haqqı, təhsil haqqı və hamıdan daha geniş olan həyat haqqını pozur. Sanksiyaların nəticəsi, hər cür ifadələr və kəlmələrlə oynamalara rəğmən, məhz odla oynama, militarizm və insanların məhv edilmələridir. Bu od təkcə sanksiya qurbanlarını bürümür, həm də sanksiya edən cəmiyyətlərin xalqlarının iqtisadiyyatı və həyatlarına da xələl gətirir.

Ruhani həmçinin İranın nüvə proqramına işarə edərək, söyləyib: İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi, İranın təbii və qanuni haqqını qəbul etmək, bu məsələnin ən sadə həll yoludur. Bu, siyasi bir şüar deyil, əksinə müştərək təhlükəsizlik və anlaşmaya nail olmaq üçün ortaq maraq və hədəflərə çatmaq zərurəti və sıfırın toplanmasının nəticəsi ilə oynamalara son qoymaq və beynəlxalq şəraiti və İranda texnologiyanın vəziyyətini dərin surətdə tanımağa əsaslanır.

İran İslam Respublikasının prezidenti əlavə edib: Nüvə və kütləvi qırğın silahlarının İranın Müdafiə Doktrinasında yeri yoxdur və bizim əsas dini və əxlaqi inamlarımızla təzaddadır.

O, çıxışının digər bir hissəsində İran ilə Amerika arasındakı çəkişməyə işarə edərək, vurğulayıb: İran digər ölkələrlə qarşılıqlı hörmət və müştərək maraqlara əsaslanan faydalı anlaşma ardıncadır və bu çərçivədə Amerika Birləşmiş Ştatları ilə çəkişmənin artmasının da ardınca deyil...

Ruhani “Obamanın bugünkü çıxışını diqqətlə izlədim” deyərək, bildirib: Amerika rəhbərlərinin siyasi əzmkarlıqları və militarist təzyiq qruplarının maraqlarını izləməkdən çəknimələri təqdirində, ixtilafları idarə etmək üçün bir çərçivəyə çatmaq olar. Bu çərçivədə bərabər mövqelər, qarşılıqlı hörmət və tanınmış beynəlxalq qanuni prinsiplər əsas götürülməlidirlər; əlbəttə, bu sahədə bizim Vaşinqtondan intizarımız, vahid səsi eşitməkdir.  

İran İslam Respublikasının prezidenti bunu belə izah edib: Bu illərdə ardıcıl olaraq, belə bir qətiyyətli səs eşidilibdir ki; “Müharibə seçimi masa üzərindədir”, lakin bu gün qoyun, bu faydasız və qanunsuz ifadənin müqabilində deyim:” Sülh əldə olunasıdır”.

İran İslam Respublikasının prezidenti öz çıxışının davamında deyib: Əfqanıstanda hərbi müdaxilə, Səddam Hüseynin İrana qarşı icbari müharibəsi, Küveytin işğalı, İraqa qarşı hərbi müdaxilə, Fələstin xalqına qarşı kobud repressiv rəftar və İranda siyasi şəxsiyyətlər və adi əhalinin terror olunmaları, İraq, Əfqanıstan və Livan kimi ölkələrdə bombaqoymalar son otuz ildə bu regiondakı kobudluğun nümunənlərindəndir.

Ruhani əlavə edib: Fələstinin məzlum xalqına edilənlər struktur kobudluqdan başqa bir şey deyil. Fələstin ölkəsi işğal altındadır. Fələstinlilərin ilkin hüquqları faciəli surətdə pozulur və onlar öz evlərinə, doğulduqları yerlərə geri gönmək və ana vətənlərinə çatmaqdan məhrumdurlar.

O, əlavə edib: Fələstinin günahsız xalqına qarşı törədilən cinayətlər əsaslı bir kobudluğu nümayiş etdirir ki, onun izahı üçün aparteid sözü çox aşağı bir kəlmə və anlam kimi görünür.

Ruhani bildirib ki, Suriyadakı insan faciəsi bizim regionda ifratçılıq və kobudluğun faciəli surətdə genişlənməsinin kədərli bir nümunəsidir. O, deyib: Böhranın əvvəlindən və bəzi regional və beynəlxalq oyunçuların silah və kəşfiyyat mənbələrini axıdıb, ifratçı qrupları gücləndirməklə bu böhranı hərbiləşdirməyə səy göstərməyə çalışdıqları zamandan biz vurğuladıq ki, Suriya böhranının hərbi həll yolu yoxdur.

İran İslam Respublikasının prezidenti söyləyib: Biz kimyəvi silahdan hər cür istifadəni pisləyərək, Suriya tərəfindən Kimyəvi Silahların Qadağanı Konvensiyasının qəbul olunmasını rəğbətlə qarşılayırıq və inanırıq ki, ifratçı və terrorçu qrupların bu silahları əldə etmələri region qarşısında duran ən böyük təhlükədir və bu, nəzərə alınmalıdır.

Eyni zamanda, təhdid və ya gücdən qanunsuz və faydasız istifadə də yalnız regionda kobudluq və böhranın genişlənməsinə səbəb olacaqdır.

 


  • Yazılıb
  • da (də) 2013 Sep 25