Tarix : 2013 Sep 25
Kod 40317

"Azərbaycanda demokratik seçkilərə ümidvarıq"

Dünyanın heç bir yerində heç bir ölkənin daxili məsələləri, o cümlədən seçkilərinə müdaxilə yolverilməzdir. Xüsusilədəki ABŞ və yaxud İsrail rejimi olsun

İran İslam Respublikasnın Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm keçirdiyi mətbuat brifinqində Azərbaycan Respublkasındakı prezident seçkisi barədə ümidvarlıq edib ki, Azərbaycan Respublikasındakı prezident seçkisi xalqın istəyi və tələbi əsasında keçiriləcək.

 Səhər kanalının müxbirinin sualını cavablandıran Mərziyyə Əfxəm ABŞ-ın Azərbaycanda keçiriləcək prezident seçkisinə müdaxiləsi barəsində deyib: Dünyanın heç bir yerində heç bir ölkənin daxili məsələləri, o cümlədən seçkilərinə müdaxilə yolverilməzdir. Xüsusilədəki ABŞ və yaxud İsrail rejimi olsun.

XİN sözçüsü Azərbaycanda şəffaf və demokratik seçkilərin keçiriləcəyinə ümidvarlıq edib.

Mərziyyə Əfxəm Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin Tehran və Quma səfərinə də münasibət bildirib.

XİN nümayəndəsi deyib: Qonşu ölkələrin rəsmiləri ilə mədəni və yaxud dini məsələlər üzrə baş tutan görüşlər tam təbiidir və belə məsləhətləşmələr dövrü şəkildə keçirilir və dini əməkdaşlıqların möhkəmləndirilməsi istiqamətində baş tutur.

Mərziyyə Əfxəmin sözlərinə görə, Elşad İsgəndərovun da İran səfəri dini və mədəni ortaqlıqlar çərçivəsində baş tutub.

 


  • Yazılıb
  • da (də) 2013 Sep 25