Tarix : 2013 Sep 25
Kod 40320

İran İslam Şurası Məclisi sədrinin müraciəti azərbaycanlı həmkarına təqdim olunub

İran İslam Respublikasının parlament heyəti Azərbaycan Respublikası parlamentinin sədri ilə görüşdə İslam Şurası Məclisi sədrinin müraciətini ona təqdim edib

İran İslam Respublikasının parlament heyəti Azərbaycan Respublikası parlamentinin sədri ilə görüşdə İslam Şurası Məclisi sədrinin müraciətini ona təqdim edib.

İRİB-in Bakıdan verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü doktor Cavad Cahangirzadənin başçılıq etdiyi İranın parlament heyətinin Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla görüşündə İslam Parlamentlərarası Birliyində parlament və əməkdaşlıq heyətləri mübadiləsi vurğulanıb.

İranın parlament heyəti İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək bildirib: Tehran regional potensiallarından Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək üçün istifadə etməyə hazırdır.

Bu görüşdə Oqtay Əsədov bu görüşdə İran İslam Şurası Məclisinin sədri cənab Laricaniyə səmimi salamlarını çatdıraraq Tehranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini alqışlayıb.

İranda prezident seçkilərinin möhtəşəm keçirilməsi və cənab Həsən Ruhaninin inaqurasiya mərasimində iştirakına toxunan Əsədov əlavə edib: İran regionda təhlükəsizliyin qorunması və güclənməsində ciddi iradəyə və rola malikdir.

İranın parlament heyəti həmçinin Azərbaycan-İran parlament dostluq qrupunun üzvləri ilə ayrı-ayrılıqda görüşdə parlament münasibətlərinin gücləndirilməsini vurğulayıb.

Bu görüşdə həmçinin bildirilib ki, Azərbaycan və İran parlament dostluq qrupunun üzvləri gələn noyabr ayında Tehrana səfər edəcəklər.

İranın parlament heyəti həmçinin hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla görüşdə iki ölkə partiyalarının əməkdaşlığı, o cümlədən Asiya Partiyalar Konfransında əməkdaşlığını əhəmiyyətini vurğulayıb.

İranın parlament heyəti bu görüşdə Azərbaycan Respublikasında möhtəşəm və demokratik seçkilərin keçirilməsini arzulayaraq ümidvarlıq edib ki, seçkilər keçirildikdən sonra Azərbaycan Respublikasına hakim partiyanın sədri İrana səfər edəcək.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü doktor Cahangirzadə bu görüşdə Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirib və deyib: İran əvvəldən ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konstruktiv rol oynayacağına nikbin deyildi. Çünki bu qrupun strukturu münaqişənin həlli üçün münasib deyildir və onun bəzi üzvləri ümumiyyətlə Qarabağ münaqişəsinin həlli ardınca deyillər.

İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü Cavad Cahangirzadənin başçılıq etdiyi İranın 3 nəfərlik parlament heyəti bazar ertəsi günü günortadan sonra Azərbaycan Respublikasının paytaxtı Bakıya daxil olub.

 

 

 


  • Yazılıb
  • da (də) 2013 Sep 25