Tarix : 2013 Oct 03
Kod 40370

Ayətullah Haşimzadə Herisi: Qarabağ müsəlmanlarını dəstəkləmək islami və insansevərlik bir məsələdir

Qarabağın insan haqları məsələsini hüquqi və beynəlxalq sənədlər əsasında izləmək Azərbaycanın və Ermənistanın daxili işlərinə qarışmaq sayılmır

AranNews - İslam İnsan Hüquqları Komissiyasının 7-ci Məntəqəsinin ictimai əlaqələr şöbəsinin məlumatına əsasən, Aran Mədəniyyət və Araşdırmalar İnstitutunun iclas salonunda Beynəlxalq Qarabağ Konfransına müqəddimə olaraq keçirilən "Qarabağ konfiliktində insan haqlarının durumunun araşdırılması" iclasında çıxış edən İslam İnsan Hüquqları Komissiyasının 7-ci Məntəqəsinin Ali Şurasının üzvü Ayətullah Haşim Haşimzadə Herisi, İran xalqının Qarabağ məsələsini izləməsi üçün 7 səbəbin olduğunu bildirərək deyib: "Heç bir dövlətin digər bir dövlətin daxili işlərinə qarışmaq haqqı yoxdur. Amma dünya xalqları və azadlıq sevərlər, insan haqları müdafiəçiləri dövlətlərdən ayrı və müstəqildirlər, başqa ölkənin xalqları ilə həmdərd olmağa, ölkələrin işləri barədə söz deməyə, mövqe göstərməyə haqları vardır. Haqları vardır ki, başqa xaqlara qarşı zülm və haqlarının tapdalanmasını görsələr, etiraz etsinlər, məzlum və haqların əlindən alınmış xalqı müdafiə etsinlər, onlara maddi, mənəvi, hüquqi və siyasi dəstək olsunlar, münasib və təsirli addımlar atsınlar, aksiyalar, mitinqlər, konfranslar keçirsinlər. Hətta öz dövlətlərindən həmin ölkəyə qarşı güc göstərmək tələb etmə haqları vardır".

Ayətullah Haşimzadə Qarabağın insan haqlarını məsələsini hüquqi və beynəlxalq sənədlər əsasında izləmək Azərbaycanın və Ermənistanın daxili işlərinə qarışmaq sayılmadığını bildirərək deyib: "Bu məsələnin izlənilməsi azadlıq sevər insanların və xalqların haqqı və beynəlxalq bir adət-ənənədir. Həmçinin, bu beynəlxalq sənədlərə uyğun olaraq bəzən dövlətlərin haqqı, bəzən də vəzifəsidir. Buna uyğun olaraq əgər məsələn Azərbaycanda, ya Qarabağda xalqın əsas haqları pozulursa və təzyiqlərə məruz qalırsa, beynəlxalq sənəd və bəyannamələrə əsasən, digər ölkələrin və xalqların belə bir dövləti tənqid etməyə, hətta ona təzyiq göstərməyə, o xalqın hüquqlarına riayət etməyi tələb etməsinə haqqı vardır. Bu digər bir ölkənin daxili işlərinə qarışmaq sayılmır. Çünki xalqın haqqını və azadlığını onun əlindən almaq bir dövlətin daxili məsələsi deyil və heç bir dövlətin də belə bir haqqı yoxdur. Ona görə də bir dövlətin belə bir işinin qarşısını almaq onun daxili işinə dəxalət etmək sayılmır. Hətta sayılsa da bu icazəli və digər dövlətlərin haqqıdır, həmçinin "müdaxilə etməmək prinsipi"nin nümunələrindən xaricdir ".

Azərbaycan və Ermənistanın hansının Qarabağda insan haqlarını pozmasını və bunun hansı həddə olmasını müəyyənləşdirməyin lazım olduğunu bildirən Komissiyanın Ali Şurasının üzvü artırıb: "İnsan haqlarının qorunmasını sevməklik hissi İran xalqıınn Qarabağ məsələsinə daha da həssas olmasının digər bir səbəblərindəndir. Çünki ötən iki onullikdə Qarabağda insan hüquqları əleyhinə onlarla hadisə baş vermişdir və bu mövzulara görə həm Azərbaycan, həm də Ermənistan ittiham edilmişdir".

Şərqi Azərbaycan əhalisinin Rəhbərliyin Ekspertlər Məclisində üzvü Qarabağda dinc əhalinin öldürülməsi və 1 milyondan yuxarı müsəlmanın öz yurd-yuvalarından qovulmasına işarə edərək deyib: "Qarabağ mövzusunu izləməyə əsas verən səbəblərdən biri də bizim bu məntəqə ilə qonşu olmağımızdır. Çünki Qarabağda hər hansı bir müharibə baş verərsə onun zərərləri təbii olaraq İrana da dəyəcəkdir".

Tehran Universitetinin hüquq müəllimi Ayətullah Haşimzadə islami, insani və hüquqi məsələləri İran xalqının Qarabağ mövzusuna həssas olmaları üçün 3 digər səbəb adlandıraraq deyib: "Bəzən təcavüz İslam ölkələrinin sərhədlərindən qıraqda baş verir. Ustad Mütəhhərinin sözü ilə desək: "Bəzən insanlıq və azadlıq kimi insani dəyərlər bir insan yaxud xalqın hüququ olaraq daha üstün və daha müqəddəsdir və onları müdafiə etmək insan vicdanı üçün daha üstündür"- bax, bu mövzu düşmən təcavüzü ilə qarşılaşdıqda qıraqdakı müsəlmanlara vacib olur ki, öz həmnövlərinəkömək etməyə tələssinlər, onların hüquqlarını də düşmən təcavüzünə məruz qalmış dəyərlərini müdafiə etsinlər".

Peyğəmbəri-əkrəmin (s) "Hər kəs bir müsəlmanın kömək və fəryad səsini eşidə və ona kömək etməyə, o şəxs müsəlman deyil"-hədisinə işarə edən Ayətullah Haşimzadə deyib: "Peyğəmbərin (s) bu hədisinə əsasən, bir yerdə təcavüz, zülm və məzlum varsa, bu məsələyə biganə qalmaq, əhəmiyyət verməmək müsəlmanlıqdan və insanlıqdan uzaqdır. Ona görə də müsəlmanlara vacibdir ki, məzlumlara kömək etsinlər, onların haqlarını müdafiə etsinlər-istər o məzlum müsəlman olsun, istərsə də qeyri-müsəlman".

Qarabağın əslində İrandan ayrıldığı üçün bu məsələnin həqiqətdə İrana bağlı olmasını qeyd edən Haşimzadə davam edərək deyib: "Qarabağ, İran ərazisi olub və rusvayçı Gülüstan və Türkmənçay müqavilələrindən sonra Rusiya tərəfindən işğal olunub. Bu mövzunu mən 1995-ci ildə İslami Şura Məclisinin 5-ci dövrəsinə seçkilər vaxtında ölkəmizin Xarici İşlər Nazirliyi ilə məsləhətləşdikdən sonra Bakı dövlətinə ultimatum verməklə yanaşı onlardan tələb etdim ki, əgər ölkənin müsəlman xalqına əzab-əziyyəti davam etdirsə, öz dövlətimizdən istəyəcəyik ki, Azərbaycanın İrana qaytarılması və birləşdirilməsi üçün beynəlxalq və hüquqi addımlar atsın. Çünki İranın Azərbaycanı öz ərazisinə birləşdirmək haqqı vardır və bu hüquq İran üçün qorunur".

Tehran Elm və Tədqiqat Universitetinin elmi heyətinin üzvü çıxışının sonunda Qarabağın İslamın ayrılmaz bir parçası olduğunu və İslamın qucağına qayıtmalı olmasını bir daha vurğulayaraq artırıb: "Qarabağ məsələsi sülh yolu ilə həll edilməlidir. Çünki bu məntəqədə müharibə olacağı təqdirdə onun ən çox ziyanı İrana dəyəcək və yadların məntəqədə iştirakının genişlənməsinin şahidi olacağıq".


  • Yazılıb
  • da (də) 2013 Oct 03