Tarix : 2013 Oct 03
Kod 40373

Qarabağda törədilən vəhşiliklər insan haqlarının kobud şəkildə pozulması və beynəlxalq hüquq qanunlarına qarşı həyasızcasına etinasızlıqdır

Bu faciə nəticəsində min nəfərdən yuxarı dinc sakin birbaşa güllə dəyməsi nəticəsində ölmüş və ya müxtəlif dərəcəli bədən xəsarətləri alaraq əlil olmuşdur

Bu faciə nəticəsində min nəfərdən yuxarı dinc sakin birbaşa güllə dəyməsi nəticəsində ölmüş və ya müxtəlif dərəcəli bədən xəsarətləri alaraq əlil olmuşdur. Ölənlərdən 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq və 70 nəfəri qocalar idi.

 

AranNews - Aran Mədəniyyət və Araşdırmalar İnstitutunun iclas salonunda Beynəlxalq Qarabağ Konfransına müqəddimə olaraq keçirilən "Qarabağ konfiliktində insan haqlarının durumunun araşdırılması" iclasında çıxış edən İslam İnsan Hüquqları Komissiyasının 7-ci məntəqə üzrə ofisinin xarici işləri izləmə komitəsinin katibi Əhməd Hüseyn Ənzabi Qarabağda insan haqlarının pozulması məsələsinin bu komissiya tərəfindən izlənilməsinə işarə edərək açıqladı: "Qarabağ, Azərbaycanın ayrılmaz bir parçasıdır və erməni qüvvələri bu məntəqəni işğal ediblər".

O, bu məntəqədə insan haqlarının pozulması barədə çoxlu faktların olmasını və bu faktların beynəlxalq insan haqları təşkilatlarına təqdim edilməsini qeyd etdi. "Erməni silahlı qüvvələri tərəfindən Qarabağ müsəlmanlarının fərdi və ictiami hüquqlarının pozulmasından yaxşı agahıq. Bu barədə sənədli filmlər və raportlar mövcuddur. Komissiyamız bu məsələni ciddi şəkildə izləyir və Qarabağda insan haqlarını pozanların beynəlxalq səviyyədə cəzalandırılmasının ardıncadır"-deyə, katib bildirdi.

Ənzabi, Qarabağ məsələsi barədə Ali Məqamlı Rəhbərin "Qarabağ, İslam dünyasının ayrılmaz parçasıdır" bəyanatına toxunaraq dedi: "Qarabağda törədilən vəhşiliklər insan haqlarının kobud şəkildə pozulması və beynəlxalq hüquq qanunlarına qarşı həyasızcasına etinasızlıqdır".

O, İslam ölkələrinin qəbul etdiyi İnsan Haqları Bəyannaməsinə işarə edərək dedi: "İslam Əməkdaşlıq Təşkilatının 1990-cı il 5 avqusta Qahirədə keçirilən iclasda bir neçə dəfə ekspert araşdırmasından sonra "İslam İnsan Hüquqları Bəyannaməsi" adlı bir bəyannamə qəbul etdi. Burada İslam ölkələrinin insan haqları və dövlətlərin vəzifəsi barədə ortaq nəzərlər öz əksini tapmışdır. Bu mehvərlər əsasında İslam ölkələrinin insan haqları barədə öhdəlikləri 20 ümdə öhdəlikdə xülasə edilmişdir. Əlbəttə, bu öhdəliklər bəzən Azərbaycan dövlətinin özü tərəfindən də pozulmuşdşur".

Ənzabi, 1988-1994-cü illər arasında baş vermiş Qarabağ konfliktində insanlıq kəramətinin qorunması və ona hörmət öhdəliklərinin pozulmasına işarə edərək, dedi: "Bu barədə yaxşı olar ki, hal-hazırda Livanda yaşayan erməni jurnalisti Devid Xerdyanın qəlmə aldığı "Səlib yolunda" kitabının 19-76-cı səhifələrinə baxılsın. Kitabda Xocalıda insan cəsədlərini yandırmağı öhdəsinə götürmüş və bununla iftixar edən Qaflan adında bir qrup erməninin müdafiəsiz qadın, uşaq və qocaları necə yandırması mövzusu işıqlandırılmışdır".

1988-1989-cu illərdə öz milli, tarixi ata-baba yurdlarında yaşayan 250 mindən yuxarı azərbaycanlının  son nəfərə kimi Ermənistandan çıxarılmasına və yüzlərlə dinc sakinin vəhşicəsinə qətlə yetirilməsinə işarə edərək artırdı: "Qarabağ konfliktində 1 milyondan çox azərbaycanlı öz ata-baba yurdlarından vəhşicəsinə qovuldular. On minlərlə insan öldürüldü, ya əlil oldu və əsir götürüldü, yüzlərlə yaşayış məntəqələri, minlərlə ictimai-mədəniyyət binası, təhsil və sağlamlıq mərkəzləri, xəstəxanalar, tarix və mədəniyyət əsərləri, məscid və ibadətgahlar, qəbristanlıqlar yerlə yeksan oldu. "

Komissiyanın xarici işlər üzrə katibi Xocalı soyqırımı nəticəsində 613 nəfərin öldürüldüyünü, 1275 nəfərin əsir düşdüyünü və onlardan 150 nəfərindən hələ də bir xəbər olmamasını açıqlayaraq artırdı: "Bu faciə nəticəsində min nəfərdən yuxarı dinc sakin birbaşa güllə dəyməsi nəticəsində ölmüş və ya müxtəlif dərəcəli bədən xəsarətləri alaraq əlil olmuşdur. Ölənlərdən 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq və 70 nəfəri qocalar idi".

Ermənilərin vəhşiliyi nəticəsində Qarabağda törədilən Xocalı soyqırımı dünyanın ən dəhşətli faciəsi sırasında durmasını qeyd edən Ənzabi artırdı: "Ermənilərin və onların xarici nökərlərinin Qarabağ faciəsində əməlləri insan hüquqlarının kobudcasına pozulmasır və beynəlxalq hüquqlara həyasızcasına etinasızlıqdır. Bu cinayətlər Cenevrə Konvensiyalarına, Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinə, Beynəlxalq Qadın və Uşaq Hüquqları Bəyannaməsinə və İslam İnsan Hüquqlarına ziddir".

 

 


  • Yazılıb
  • da (də) 2013 Oct 03