, ustad (Şəhriyar) ağanın əlini əlinə alan kimi ağlamaq tutdu. Sonra ağanın əlini öz sinəsinə basıb dedi: "Sən bizim Əbəlfəzimizsən!
Ustad Şəhriyar sovetlər birliyinini dağılmasından 10 il qabaq, Türkiyə, Qafqaz və Orta Asiyanın türkdilli ölkələrini islami cihada və İslam dünyası hərəkatına qoşulmağa çağırmışdı.
AranNews - Ustad Şəhriyarın şagirdi Əli Əsğər Fərdi Ayətullah Xameneinin ustad Şəhriyarla görüşlərini qələmə almışdır. Böyük İran şairi Şəhriyarın vəfatı və Fars Şer və Ədəbiyyatı günü münasibətilə bu xatirələrə ötəri nəzər salırıq:
Şeytan əlifbası
Bir gün ustad Şəhriyar öz iti dərk və zəkası ilə türk dilində bir şer yazdı. Bundan 10 il sonra İslam dünyasi bir daha ciddi problemlə üzləşdi. O şerdə Türkiyə, Qafqaz və Orta Asiyanın türkdilli ölkələr latın və kiril əlifbasından islami əlifbayı keçmələrinə dəvət edilmişdi. Şerdə latın və kiril əlifbası şeytan əlifbası, bizim əlifba isə Quran əlifbası kimi vurğulanmışdı. Hətta şerdə sovetlər birliyinini dağılmasından 10 il qabaq, bu ölkələr islami cihada və İslam dünyası hərəkatına qoşulmağa çağırılmışdı.
Mən ustadın şerinin onun öz səsi ilə Təbrizin xaricə yayımlanan radiosu ilə İstanbul və Qafqaz türkcəsi ilə yaymağa hazırladıq. Radio şirkətinin mərkəzi müdiri və eləcə də şöbə müdiri şeri öz dalğalarında səsləndirməkdən imtina etdilər və sovet ölkəsini bu müharibə böhranında onlardan narazı ola biləcəyini bəhanə gətirdilər. Mən mövzunu Tehranda Tele-Radio Şirkətinin xaricə yayımlanma mərkəzinə çatdırdım. Ordan teleqraf gəlmişdi və orda şerin səsləndirilməsi ilə müxalifət edilmişdi.
Şerin bir surətini teleqraf və izah yazılmış məktubla birlikdə həzrət Ayətullah Xameneiyə çatdırdım. O, siyasi və mədəni ayıqlığı ilə Tele-Radio Şirkətininxaricə yayımlanma mərkəzinə göstəriş verdilər ki, həmin şeri təkrar-təkrar səsləndirsinlər və şerin bir səs yazısını da ona versinlər. Bu şer Qafqaz və Türkiyədə böyük dalğa və fikir dəyişkənliyi yaratdı.
Bizim Əbəlfəzimizsən
1365-ci ilin (1986) yay günlərinin birində Prezident Administrasiyasının ictimai əlaqələr şöbəsindən zəng vurdular, Prezidentin Təbrizə səfər etmək istəməsini və səfər çərçivəsində ustadla görüşmək istəməsini xəbər verdilər. Həmçinin xatırlatdılar ki, bu görüşdə Təbrizin bir neçə tanınmış şairinin iştirak etməsi də yaxşı olardı. Səhəri gün Ayətullah Xamenei Təbrizə gəldi. Ustadın evi və ağanın qaldığı o zamankı imam cümənin evi görüş üçün münasib olmadığından bu məqsədlə ostandarlığın salonunu nəzərdə tutduq. Təqribən 20-30 nəfər Təbrizin şairlərindən görüşə dəvət etdik. Məğrib namazından sonra ustadla birlikdə görüşə getdik.
Ağa ilə ustadın görüşü sözlə vəsf edilə bilməyəcək bir hekayədir. Ürək kövrəldən bir səhnə idi. Mən ustad həkimin bütün rəftarları ilə tanış olduğumdan ustadın belə qarşılanması çox maraqlı idi.
Onlar bir-birlərini qucaqladılar, ustad (Şəhriyar) ağanın əlini əlinə alan kimi ağlamaq tutdu. Sonra ağanın əlini öz sinəsinə basıb dedi: "Sən bizim Əbəlfəzimizsən! Axı bu nə namərdlikdir ki, bu əl ilə belə rəftar etsinlər?". O, ağlayır və zümzümə edirdi. Mən də bu pıçıltılara qulaq asırdım. Tarixi bir səhnə yaranmışdı. Ağlamaq ona aman vermirdi. Hətta, bir neçə dəqiqədən sonra hər ikisi otursalar da ustad hələ də ağlayırdı və əlini ağanın əlinin üstünə qoymuşdu. Eynilə bu ağlamaq qabaqlar ağanın namazda qünut üçün əlini açanda da olurdu. Ustad hər vaxt bunu görəndə dəyişilirdi. İndi həmin əllər ustadın sinəsinə basılmışdı.
Qarşılıqlı təşəkkürdən sonra həzrət Ayətullah Xamenei ustaddan bir neçə şer oxumasını istədi. Ustad da özünün son şerlərindən bir neçəsini oxudu.
Görüş, orada iştirak edən şairlərin şerlərinin oxunması ilə davam etdi.
Qaynaq: Həzrət Ayətullah əl-üzma Xameneinin əsərlərinin nəşri və qorunması ofisi