Tarix : 2013 Oct 05
Kod 40386

İsrailin Ali Məhkəməsi İsrail milliyyətinin mövcudluğunu tanımır

İsrailin Ali Məhkəməsi bir qrup fəalın “yəhudi” və ya “ərəb” kimi deyil, məhz İsrail milliyyətinin nümayəndəsi kimi qeydə almaq xahişini rədd edib

Arannews-İsrailin Ali Məhkəməsi İsrail milliyyətinin mövcudluğunu tanımır .İsrailin Ali Məhkəməsi bir qrup fəalın “yəhudi” və ya “ərəb” kimi deyil, məhz İsrail milliyyətinin nümayəndəsi kimi qeydə almaq xahişini rədd edib. Ölkənin Daxili İşlər Nazirliyi belə bir milliyyətin mövcudluğunu tanımır .

 qrupun üzvlərinin əksəriyyəti yəhudi kimi qəydə alındıqlarını qeyri-demokratik sayır. Onlar hesab edir ki, pasportda “milliyyət” qrafasında yəhudi sözünun yazılması ayrı-seçkilikdir .

İsrail Ali Məhkəməsi milliyyət və vətəndaşlığın müəyyənləşdirilməsi kimi məsələlərin onun səlahiyyətlərinə aid olmadığını açıqlayıb. Hakimlərin fikrincə, ayrıca İsrail milliyyətinin mövcudluğunu sübut edən heç bir dəlil yoxdur. / apa

  • Yazılıb
  • da (də) 2013 Oct 05