Tarix : 2013 Oct 06
Kod 40393

Cəmil Həsənli: Bu gün ruhani qardaşlarımız, başqa ictimai, siyasi fəallar günahsız yerə həbsdədir

Cəmil Həsənli: Biz dini azadlıqları genişləndirəcək, hicaba azadlıq verəcəyik

Arannews-Bu  vəd  bu gün Bakıda keçirilən Milli Şuranın mitigində  qurumun namizədi Cəmil Həsənlinin dilindən səslənib !

 Cəmil Həsənli əlavə edib : Bu gün ruhani qardaşlarımız, başqa ictimai, siyasi fəallar günahsız yerə həbsdədir. Biz günahsız yerə həbs olunan insanlarımızın, siyasi məhbusların azadlığını tələb edirik və onları azad edəcəyik !

bu gün demokratik qüvvələrin yaratdığı Milli Şura Bakının Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda sonuncu mitinqini təşkil edib. Nümayiş minlərlə narazı kütlənin iştirakı ilə baş tutub. Mitinqin keçirilməsi 16:00-a təyin olunsa da, nümayişçilər meydana yarım saat tez toplaşmağa başlayıblar. Polis mitinqdə iştirak edənləri yoxladıqdan sonra əraziyə buraxıb .

 Məlumat üçün bildirək ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və Müsavat başqanı İsa Qəmbər və AXCP sədrli Əli Kərimli və digərləri meydana daxil olduqda narazı kütlə onları böyük coşqu və sürəkli alqışlarla qarşılayıb. Nümayiş yalnız Cəmil Həsənlinin çıxışı ilə baş tutub. Cəmil bəy çıxışı zamanı hakimiyyəti ciddi şəkildə tənqid edərək, platforması haqqında məlumat verib .

Mitinqdə bu günə qədər günahsız yerə həbs edilən müxalifətçi və inanclıların dərhal azadlığa buraxılması tələb olunub eyni halda hakimiyyətin istefası tələb edilib .

  • Yazılıb
  • da (də) 2013 Oct 06