Tarix : 2013 Oct 07
Kod 40403

Gürcüstanda 20 nəfər müsəlman həbs edilib

Gürcüstanda İnsident nəticəsində 20 nəfər müsəlman həbs edilib

 Arannews-Gürcüstan müsəlmanlarından xəbər yoxdurBir neçə gün əvvəl mətbuatda yayılan xəbərə görə Gürcüstanın Adigen rayonunun Çala kəndində yerli müsəlmanlarla polis arasında insident baş verib. Buna səbəb kənddəki məscidin minarələrinin sökülməsinə etiraz dən müsəlmanların hakimiyyət qurumlarına qarşı etirazının yatırılması üçün polis qüvvələrindən dəstək istəməsi və etirazçıların aksiyasının dağıdılmasına cəhd olub .

İnsident nəticəsində 20 nəfər müsəlman həbs edilib. Bu xəbərlər mətbutda yayılsa da ardı araşdırılmadı, münaqişə ilə bağlı sonra heç bir məlumatlar çap olunmadı. Ancaq bəzi mənbələrin verdiyi məlumata görə məsələ də QMİ sədri Allahşükür Paşazadənin barmağı var, belə ki, Gürcüstanda ötən illərdə yaradılan müsəlmanların idarəsi, yəni QMİ-yə alternativ olan təşkilatın formalaşmasında insidentdə iştirak etmiş icamanın da rolu olub. Şeyx də bunu unutmayıb və nəticədə əlaqələrindən istifadə edib həmin müsəlmanlara dərs vermək qərarına gəlib. Ancaq həqiqətən belə olsaydı onda gərək Gürcüstan rəsmi dairələri yerli müsəlman icmasına mesaj verərdi ki, onların problemləri, müşküllərinin həlli üçün QMİ sədri Paşazadənin müdaxiləsinə ehtiyac var, bir dini lider kimi onunla bu məsələ gürcü rəsmiləri arasında danışıqlar yolu ilə həll oluna bilər, di gəl belə bir mesaj olmadığından və ya bəlkə də olduğundan hadisələrin inkişafı ilə bağlı dəqiq bir söz demək olmur. Bircə o məlum oldu ki, QMİ sədri minarə qalmaqalı ilə bağlı bu hadisəni qınayıb. Bəlkə də bu elə həmin ehtimal üçün əsasdır.

  • Yazılıb
  • da (də) 2013 Oct 07