Tarix : 2013 Oct 08
Kod 40417

müxalifət kütləvi aksiyalara başlayacaq

Prezident seçkilərinin nəticələri saxtalaşdırılacağı təqdirdə müxalifət kütləvi aksiyalara başlayacaq

Arannews-Aksiyaların icazəli və ya icazəsiz keçirilməsi Milli Şurada aparılan müzakirələrdən sonra məlum olacaq.Prezident seçkilərinin nəticələri saxtalaşdırılacağı təqdirdə müxalifət kütləvi aksiyalara başlayacaq .

Bu açıqlamanı Avropa.info-ya Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı verib. Onun sözlərinə görə, seçkilərin nəticələri şübhə doğurarsa, Milli Şura bununla barışmayacaq: "Aparılan reytinq sorğuları və bu günə qədər olan proseslər Cəmil Həsənlinin yalnız Milli Şuranın deyil, bütün Azərbaycan xalqının namizədi olduğunu göstərdi. Onun qalib gələcəyi şübhə doğurmur. Milli Şura olaraq onun aldığı səslərin qorunması istiqamətində bütün səylərimizi göstərəcəyik. Seçkidən də sonra seçki məntəqələrindən protokolların əldə olunması, pozuntularla bağlı aktların əldə olunmasına dair aktları əldə etməklə onun qələbəsini sübut etməyə çalışacağıq. Bu, mümkün olmadığı təqdirdə ayın 10-dan kütləvi aksiyalara start veriləcək və seçki saxtakarlığına qarşı mübarizə aparılacaq. Eyni zamanda, beynəlxalq birliyə də seçkinin nəticələrini tanımamaqla bağlı müraciət ediləcək ".

Fuad Qəhrəmanlı onu da bildirdi ki, aksiyaların icazəli və ya icazəsiz keçirilməsi Milli Şurada aparılan müzakirələrdən sonra məlum olacaq .

  • Yazılıb
  • da (də) 2013 Oct 08