Tarix : 2013 Oct 08
Kod 40421

baş verən partlayışda yaralananlardan ikisi öldü

yasda baş verən partlayışda yaralananlardan ikisi öldü

Arannews-Bir neçə gün əvvəl Füzuli rayonunda keçirilən yas mərasimində baş verən partlayış nəticəsində yaralananlardan ikisi dünyasını dəyişib. Rayon Polis Şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, yanıq xəsarətlərilə Bakıda xəstəxanaya gətirilən 1980-ci il təvəllüdlü Mahnur Əhəd qızı Həsənova və 1963-cü il təvəllüdlü Fəxri Əbil qızı İbişova aldıqları xəsarətdən vəfat ediblər .

Qeyd edək ki, hadisə oktyabrın 3-də “Qayıdış-1” qəsəbəsi, ev 73 ünvanında, Elmira Əmir qızı Quliyevaya məxsus evdə qaz balonunun partlaması nəticəsində qeydə alınıb. Partlayış nəticəsində xəsarət alan digər şəxslər 1982-ci il Gülgəz Nəcəf qızı Quliyeva, 1983-cü il təvəllüdlü Jalə Həsrət qızı Muradxanova, 1973-cü il təvəllüdlü Sahibə Xaləddin qızı Xaləddinova, 1968-ci il təvəllüdlü Zoya Cavanşir qızı Bayramova və 2007-ci il təvəllüdlü Amil Əli oğlu Quliyevin müalicəsi davam etdirilir xebername/.

  • Yazılıb
  • da (də) 2013 Oct 08