Tarix : 2013 Oct 08
Kod 40427

Bakıya mesaj

Moskva və Vaşinqtondan Bakıya mesajı

Arannews-Azərbaycan Respublikası president seçkisinə az vaxt qalmış bir zamanda Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib .

 Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb .

 Rusiya prezidenti göstərilən diqqətə və təbrikə görə İlham Əliyevə minnətdarlığını bildirib. İki tərəf Rusiya prezidentinin bu yaxınlarda Azərbaycana səfərinin əlaqələrin daha da möhkəmlənməsi baxımından önəmi vurğulayıblar .

 Digər tərəfdən ABŞ Dövlət Departamentinin Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkisi ərəfəsində jurnalistlərə hücumdan narahat olduğu iddia edib.

ABŞ  Dövlət Departamentinin sözçüsü 7 oktyabr brifinqində deyib ki, ABŞ bu seçki kampaniyası dövründə bir sıra müsbət və mənfi aspektlər müşahidə edib və  Azərbaycan hakimiyyətini ölkədə ifadə, toplaşmaq və birləşmək kimi fundamental azadlıqları qorumağa çağırır.

 

 

 

  • Yazılıb
  • da (də) 2013 Oct 08