Tarix : 2013 Oct 09
Kod 40431

Qarabağ Beynəlxalq Konfransına məqalə göndərişinin müddəti bir həftə də artırıldı

Məqalələrinin abstraktları qəbul edilmiş tədqiqatçı və yazarlar öz məqalələrini 15 oktyabra kimi konfransın elmi komitəsinin e-mailinə göndərə bilərlər

AranNews - İslam İnsan Hüquqları Komissiyasının 7-ci məntəqə üzrə ofisinin ictimai ələqələr bölməsinin verdiyi məlumata əsasən, Beynəlxalq Qarabağ Konfransının katibliyinin sədri Həsən Gülü müxbirlərə verdiyi müsahibəsində müxtəllif ölkələrin, o cümlədən Rusiya və Qafqaz dairəsi ölkələrinin universitet müəllimlərinin və tədqiqatçılarının konfransa məqalə toplanışını yaxşı qarşılamasına işarə edib və Beynəlxalq Qarabağ Konfransına məqalə qəbulunun müddətinin bir həftə uzadıldığını xəbər verərək deyib: "Məqalələrinin abstraktları qəbul edilmiş tədqiqatçı və yazarlar öz məqalələrini 15 oktyabra kimi konfransın elmi komitəsinin e-mailinə - conference.garabag@tabrizu.ac.ir  - göndərə bilərlər".

Qafqaz məsələləri üzrə ekspert Qarabağ konfiliktinin elmi araşdırılması məsələsinin konfransın əsas hədəflərindən biri olduğunu bildirərək deyib: "Müəyyən edilmiş proqramlara əsasən Beynəlxalq Qarabağ Konfransı 6 noyabr 2013-cü ildə bir sıra elmi, mədəni və hüquqi mərkəzlərin iştirakı ilə keçiriləcək".

Qeyd edək ki, Beynəlxalq Qarabağ Konfransının saytı aşağıdakı kimidır:

http://qarabag.tabrizu.ac.ir

 

Maraqlananlar bu sayta daxil olub daha artıq məlumat əldə edə bilərlər.

 

  • Yazılıb
  • da (də) 2013 Oct 09