Tarix : 2013 Oct 09
Kod 40436

ilk tələbə izdivacı mərasimi Bakıda keçirilib

İslam peyğəmbəri(s.ə.s) buyurublar: İslamdan sonra mənim 2-ci ən mühüm buyruğum izdivacdır

Arannews – Zilhəccə ayının biri, İmam Əli(ə) və Həzrət Fatimə(s.ə)-in izdivacının ildönümü günü olaraq İranda milli İzdivac günü kimi qeyd olunur. Bu gün münasibətilə Bakıda tələbə izdivacı mərasimi təşkil edilib .

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasında təhsil alan iranlı tələbələrin iştirakı ilə keçirilən bu mərasimdə 9 iranlı tələbə cütlüyü öz səmavi birlik mərasimlərini qeyd edib .

 Vəli Fəqihin Bakıdakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaqnejad bu mərasimdə çıxış edərək, izdivacın İslam dinindəki mövqeyinə işarə edərək, deyib: İslam peyğəmbəri(s.ə.s) buyurublar: İslamdan sonra mənim 2-ci ən mühüm buyruğum izdivacdır .

İranın Bakıdakı səfiri Möhsün Pakayin də bu mərasimin təşkil edilməsindən razılıq edərək, bu kimi mərasimlərin davam etdirilməsini istəyib .

 Bu mərasimdə Nərgiz və Əhli Beyt(ə) dini musiqi qrupları müxtəlif musiqi proqramları icra ediblər. Daha sonra camaat namazı qılınıb və mərasim iştirakçıları üçün ziyafət təşkil edilib.

  • Yazılıb
  • da (də) 2013 Oct 09