Tarix : 2013 Oct 09
Kod 40451

Qarabağ müharibəsi –Geosiyasi amillər və çıxış yolları

Tədbir Rövşən Əhmədlinin aparıcılığı ilə davam etdi. Natiq bildirdi ki,Qarabağ yalnız hərbi yolla azad oluna bilər

Birlik.az saytı xəbər verir ki, Qarabağın Azadlığı Uğrunda Alyans bu gün  (7 oktyabr) Beynəlxalq Mətbuat Mərkəzində  saat 11-dən başlayaraq Beynəlxalq Qarabağ konfransına hazırlıq tədbirləri çərçivəsində   ictimai dinləmələr silsiləsindən “Qarabağ müharibəsi –Geosiyasi amillər” mövzusunda növbəti elmi-nəzəri seminarını keçirdi. Konfrans şəhidlərin ruhuna dua oxunması ilə başladı. Tədbir Rövşən Əhmədlinin aparıcılığı ilə davam etdi. Natiq bildirdi ki,Qarabağ yalnız hərbi yolla azad oluna bilər.Daha sonra o bildirdi ki, Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar heç bir nəticə vermir, əksinə, problemin həllini gecikdirir: “Alyans olaraq Qarabağ münaqişəsi ilə bağlı Türkiyədə, İranda keçirdiyimiz bütün görüşlərdə bizə bildirilib ki, Azərbaycan müharibəyə başlayarsa, Türkiyə də, İran da Azərbaycana dəstək verəcək. Təkcə bu fakt bizim Qarabağ müharibəsindəki üstünlüyümüzü göstərir. Düşünürəm ki, torpağı azad etmək şərəf, namus məsələsidir ki, o da bu millətin üzərinə düşür. Alyans olaraq hesab edirik ki, Qarabağı yalnız müharibə yolu ilə azad edə bilərik”. 

Tədbirin məruzəçisi tarixçi alim Nəzirməmməd Qaramanlı Qarabağ problemini geosiyasi məsələ kimi dəyərləndirdi. N. Qaramanlı təklif etdi ki, hər ay politoloqların Qarabağla bağlı mətbuata qapalı müzakirələri keçirilsin və nəticə ictimaiyyətə açıqlansın.

. Qeyd edək ki, tədbirdə Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti İctimai Biriyinin sədri Növrəstə Yusifova, politoloq Azad İsazadə, Məşəl İctimai Birliyinin sədri Abbasov Alman, politoloq Kəlam Əliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Növrəstə İbrahimova, Nardaran Ağsaqqlallar birliyinin sədri Natiq Kərimli, Qarabağ Azadlıq Təşkilatının səlahiyyətli nümayəndələri, Qarabağ Qazilər İctimai Birliyinin sədri Etimad Əsədov, Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov, Mina Qurbanlarına İctimai Dəstək ictimai birliyinin sədri Məmmədhəsən Həsənov və digər QHT sədrləri, ictimai xadimlər, media mənsubları iştirak ediblər.

 Birlik.az saytı olaraq irəliləyən saatlarda tədbirdən geniş müsahibə və reportaj təqdim edəcəyik.

Qeyd edək ki, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri  Rövşən Əhmədli birlik.az saytına bildirib ki,  Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ilə bağlı Bakıda dörd dəfə ictimai dinləmələr, elmi-nəzəri seminarlar keçiriblər. Beşinci belə tədbir isə bu gün oktyabrın 7-də planlaşdırılıb: “Noyabr ayının 6-da Təbrizdə Beynəlxalq Qarabağ konfransı ilə də yekunlaşmalıdır bu tədbirlər”.

R.Əhmədli onu da bildirib ki,  Qarabağ Beynəlxalq Konfransı 6 noyabr 2013-cü ildə Təbriz Universitetinin  “Vəhdət” salonunda keçiriləcək.


  • Yazılıb
  • da (də) 2013 Oct 09