Tarix : 2013 Oct 10
Kod 40455

Ermənistana beynəlxalq yardımlar azalır

İşğalçı ölkəyə maddi kömək əsasən Avropa ölkələri və ABŞ-ın payına düşür

Arannews-Yeni əsrin birinci on illiyi və ikinci on illiyin başlanğıcında Ermənistana humanitar yardımların azalması tendensiyası müşahidə edilir. Bu barədə erməni xəbər portallarından biri məlumat yayıb .

Belə ki, 2000-ci ilin yanvar-avqust ayında bu yardımın həcmi $45,8 milyon, ötən ilin analoji dövründə $40,6 milyon olubsa, cari ilin yanvar-avqustunda cəmi $34,4 milyon olub. Üstəlik, yardımın strukturu da son 20 ildə güclü dəyişikliyə məruz qalıb. Əgər ötən əsrin 90-cı illərində tərkibdə qida məhsulları, geyim və ayaqqabı, həmçinin bəzi bir sıra digər ilkin tələbat malları dominant idisə, indi vəziyyət bambaşqadır .

Məsələn, 2013-cü ilin yanvar-avqust ayı ərzində daxil olan humanitar yardımların yarıdan çoxu (54,4 faiz) kimya sənayesi və onunla bağlı digər sənayelərin məhsullarının payına düşüb. Cəmi 10 faiz isə toxuculuq sənayesi malları təşkil edib. Cihaz və aparaturalar, mexanizm və maşınların payı isə artıb. Bu dövrdə yardımın ümumi həcminə münasibətdə hazır qida məhsullarının xüsusi çəkisi cəmi 3,8 %, bitki mənşəli məhsullar 1,5 %, yağlar isə 0,6 % olub .

Yardım edən ölkələrin coğrafiyası isə əsasən dəyişməz qalıb. Belə ki, MDB dövlətlərinin payı simvolikdir - 1,8%. Humanitar yardımın 26,6% Avropa İttifaqı üzvlərinin, 25,1 %-i ABŞ-ın, yerdə qalanı isə İsveçrə (21,3%) (Avropa və Amerika ölkələri üst-üstə - 73 faiz) və Çinin payına düşür (10,1%)./musavat.com

  • Yazılıb
  • da (də) 2013 Oct 10