Tarix : 2013 Oct 12
Kod 40468

Amerika qəzeti Azərbaycan prezident seçkilərinə istehza ilə yanaşıb

ABŞ-da çıxan Nyu-York Times qəzeti Azərbaycan Respublikası prezident seçkilərinə istehza ilə yanaşan məqalə dərc edib

ABŞ-da çıxan Nyu-York Times qəzeti Azərbaycan Respublikası prezident seçkilərinə istehza ilə yanaşan məqalə dərc edib.

"Ədalət Azərbaycanda hər seçkidən sonra axtarılan məsələyə çevrilir" yazan Nyu-York Times qəzeti seçki sonrası vəziyyəti belə təhlil edib ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin şüarlarına nəzər salanda Azərbaycan reallıqlarını dəqiq öyrənmək olardı.

Nyu-York Times qəzeti əlavə edib: "Onun ağ və qırmızı plakatlarında yazılanlar ölkənin hansı vəziyyətdə olduğunu nümayiş etdirirdi: Korrupsiya bəsdir. Monarxiya bəsdir. İşsizlik bəsdir. Neft pullarının oğurlanması bəsdir. Təhsil və səhiyyə sistemi bərbad vəziyyətdədir. Xalqa hörmətsizlik bəsdir. Qarabağ münaqişəsində status-kvoya son qoyulsun".

Müəllif Bakıda "exit poll"un nəticələrinin elan olunmasından sonra keçirilən şənliyi hər şeyin ssenari üzrə həyata keçirilməsinin əlaməti sayaraq qeyd edir ki, seçkilərdə bir şəxsin üçüncü dəfə seçilməsinə imkan verilməsi öz-özlüyündə anormallıqdan xəbər verirdi.

 


  • Yazılıb
  • da (də) 2013 Oct 12