Tarix : 2013 Oct 12
Kod 40471

İlyas İsmailov : “Mənə öz halal səslərini verən insanların mənəvi təhqirinin yükünü öz üzərimə götürməyə hazır deyiləm”

Ədalət Partiyasının prezidentliyə namizədi 9 oktyabr seçkisinin nəticələri ilə bağlı bəyanatında seçkini rüsvayçı adlandırıb

Ədalət Partiyasının prezidentliyə namizədi 9 oktyabr seçkisinin nəticələri ilə bağlı bəyanatında seçkini rüsvayçı adlandırıb.

İlyas İsmailov vurğulayıb :  “Cəmiyyətimizdə bir qrup insan var ki, öz varlıqlarını daim ictimai gərginlik yaratmaqda, ayrı-ayrı fərdləri sındırmaqda və bütövlükdə toplumu parçalamaqda  görürlər. Bu adamların nəzarəti altında keçirilən rüsvayçı seçki hətta səs çoxluğu ilə seçilmiş prezidentin qələbəsini şübhə altına alır.”

Bəyanatda deyilib : “mənə öz halal səslərini verən insanların mənəvi təhqirinin yükünü öz üzərimə götürməyə hazır deyiləm və bəyan edirəm ki, mənim timsalımda məni dəstəkləyən insanlara sərgilənən münasibətin adı ən azı hörmətsizlikdir .”

 

 

 


  • Yazılıb
  • da (də) 2013 Oct 12