Tarix : 2013 Oct 12
Kod 40473

Akif Heydərli: Səsvermədə güclü qanun pozuntuları olub

Akif Heydərli deyib ki, Səsvermə günü günortadan sonra güclü qanun pozuntularının olduğu haqda məlumatlar almışıq. Bunlar kütləvi xarakter daşımasa da, seçkinin nəticəsinə təsir edən amillərdir

Akif Heydərli deyib ki, Səsvermə günü günortadan sonra güclü qanun pozuntularının olduğu haqda məlumatlar almışıq. Bunlar kütləvi xarakter daşımasa da, seçkinin nəticəsinə təsir edən amillərdir.

Azərbaycan İslam Partiyası 9 oktyabr prezident seçkisinin nəticələrini müzakirə edir. Bunu “Media forum”a partiya sədrinin müavini Akif Heydərli deyib.

O bildirib ki, İlham Əliyevin səs çoxluğu qazanmasına şübhə ilə yanaşmıram, amma onun 84 faiz səs toplaması bir qədər sual altındadır. Məntəqələrdən 4000-ə yaxın müşahidəçimizin verdiyi hesabata görə, İlyas İsmayılov ən azı 17-18 faiz səs qazanıb. Amma təəssüf ki, rəsmi nəticədə 1 faizdən bir qədər yüksək rəqəm göstərilib”.

O bildirib ki, seçkidə dəstəklədikləri namizədin - Ədalət Partiyasının sədri İlyas İsmayılovun qərargahında apardıqları birgə müzakirələr başa çatandan sonra qərarlarını açıqlayacaqlar .

 


  • Yazılıb
  • da (də) 2013 Oct 12