Tarix : 2013 Oct 12
Kod 40476

Vladimir Putin İham Əliyevi təbrik edib

Azərbaycan Respublikasında prezident seçkisi ərəfəsi Bakıya rəsmi səfəri ilə seçkinin nəticəsini müəyyənləşdirdiyi düşünülən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan ...

Azərbaycan Respublikasında prezident seçkisi ərəfəsi Bakıya rəsmi səfəri ilə seçkinin nəticəsini müəyyənləşdirdiyi düşünülən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi seçkinin nəticəsi ilə bağlı  təbrik edib.

V.Putin təbrik məktubunda bildirib: "Hörmətli İlham Heydər oğlu! Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuza, Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən fəal dəstəklənməsinə dəlalət edir. Ümidvaram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının güclənməsi, bütün sahələrdə qarşılıqlı faydalı ikitərəfli əlaqələrin genişləndirilməsi üzrə birgə işimizi davam etdirəcəyik. ".

 

 


  • Yazılıb
  • da (də) 2013 Oct 12