Tarix : 2013 Oct 13
Kod 40480

Nyu-York Tayms: Ərdoğan Türkiyəni məhv edir

Amerikada çıxan Nyu-York Tayms qəzetinin yazdığına görə, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan öz davranışları ilə ölkəsini məhvə sürükləyir

Amerikada çıxan Nyu-York Tayms qəzetinin yazdığına görə, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan öz davranışları ilə ölkəsini məhvə sürükləyir.

Nyu-York Tayms qəzeti yazır: Türkiyənin regionda Amerikanın strateji şəriki və demokratik bir ölkə olması gözlənilirdi. Amma, ötən iyun ayında Ərdoğan hökumətinin sivil etirazçılara qarşı zorakılıqları və bu zorakılıqlara qarşı xalq etirazlarının genişlənməsi Qərbi şoka salıb.

Bu qəzet beynəlxalq mediaların Türkiyə məsələsinə zum etmədiklərini xatırladaraq, yazır: Türkiyə dövlətinin böhranın başa çatdığını və İstanbula nəzarətin bir daha hökumətin əlinə keçdiyini iddia etməsinə baxmayaraq, böhran hələ də davam edir.

Nyu-York Tayms Türkiyə hökumətinin ölkənin vəziyyəti ilə bağlı dəyərləndirməsini son dərəcə nikbin hesab edib və yazıb: Ərdoğan öz siyasi mövqeyini və ictimai bazasını bərpa etmək məqsədilə dindar və sekular vətəndaşlar arasında fasilə yaradır ki, bu da ölkəni barıt çəlləyinə çevirmiş olur.

Nyu-York Tayms qəzetində dərc olunmuş bu məqalənin müəllifi Ərdoğanın ölkənin sünni çoxluğu ilə ələvi azlığı arasındakı ixtilafların dərinləşdirilməsi istiqamətindəki səylərinə işarə dərək, yazır: Ərdoğan bu vəziyyəti davam etdirməklə demokratiyanı öz qərəzli siyasətlərinə qurban etmiş olub.

Qəzet sonda yazır: Ərdoğanın Suriyadakı təkfirçiləri himayə etməsindən və Misirdə İxvanül Müslimini himayə üzrə siyasətlər yürütməsindən bəri Türkiyədə firqəçilik daha aşkar nişanələrlə təzahür etməyə başlayıb.


  • Yazılıb
  • da (də) 2013 Oct 13