Azərbaycan dövlətinin farsofobiya siyasəti bir neçə ildir ki, İranın adlım şəxsiyyətləri və ədəbiyyatının tarixini hədəfə alıb və onun ən son nümunəsi Nizami Gəncəvinin fars dilində olan şer kaşılarının o şairin məqbərəsindən götürülməsidir
İran İslam Respublikasının Mədəni İrs, Əlişləri Sənayesi və Turizm Təşkilatının sədri Məhəmməd Əli Nəcəfi YUNESKO-nun baş direktoruna ünvanlanmış məktubda Nizami Gəncəvinin fars dilində olan şer kaşılarının bu görkəmli şairin məqbərəsindən yığışdırılmasına işarə edərək, Azərbaycan Respublikasının farsofobiya siyasətinə etiraz edib.
Məhəmməd Əli Nəcəfi deyib: Azərbaycan dövlətinin farsofobiya siyasəti bir neçə ildir ki, İranın adlım şəxsiyyətləri və ədəbiyyatının tarixini hədəfə alıb və onun ən son nümunəsi Nizami Gəncəvinin fars dilində olan şer kaşılarının o şairin məqbərəsindən götürülməsidir.
İranın Mədəni İrs, Əlişləri Sənayesi və Turizm Təşkilatının sədri Nizami Gəncəvinin məqbərəsində yer alan fars dilindəki şer kaşılarının sökülməsi haqda deyib: bu addım mədəniyyətdən uzaq bir addım olaraq, mədəni ortaqlıqların nəzərə alınmaması mənasındadır.
Bu iranlı rəsmi əlavə edib: Bizim YUNESKO-dan istəyimiz beynəlxalq səviyyədə mədəni işlərə nəzarət edən bir qurum kimi bu qeyri-mədəni rəftarın dərhal qarşısını almaq və onu əvvəlki vəziyyətinə geri qaytarmaqdır .