İİR-nin Bakıdakı səfirliyi Azərbaycana səfər etmək istəyən iranlı müsafirlərə tövsiyə edib ki, Səfər zamanı təhlükəsizlik məsələlərinə diqqət yetirsinlər
İİR-nin Bakıdakı səfirliyi Azərbaycana səfər etmək istəyən iranlı müsafirlərə tövsiyə edib ki, Səfər zamanı təhlükəsizlik məsələlərinə diqqət yetirsinlər.
İRNA-nın verdiyi məlumata görə İİR-nin Bakıdakı Səfirliyinin konsuluq işləri üzrə məsul şəxsi Seyid Möhsün Molayi deyib: İran vətəndaşlarından bir qrupu İranın Bakıdakı Səfirliyinin konsulluq bölməsinə müraciət edərək Azərbaycan dövlətinin sərhəd gömrük başçılarının davranış tərzi habelə onlardan qeyri-qanuni pulların alınması haqda şikayət ediblər.
İran vətəndaşlarının Azərbaycanin sərhəd gömrük işçilərinin davranış tərzlərinə etirazların sayının artmasına görə iranlı məsul şəxs Az.R-na səfər etmək istəyən iranlı müsafirlərə bəzi tövsiyələri etdi.
Molayinin sözlərinə görə İran vətəndaşları Az. R. dövlətinin qanunlarına riayət edərək, Az. R-nin dövlət işçilərinə hərcür qeyri-qanuni məbləği ödəməkdən çəkinməli və hər bir məbləğ ödədikləri haqda etibarlı yazılı sənəd almalıdırlar. İran vətəndaşları hərcür qeyri-qanuni hal və ya qeyri-münasib davranışla üzləşdikləri təqdirdə bu haqdakı məlumatı İranın Az. R-dakı səfirliyinin konsulluq bölməsinə bildirməlidirlər ki bu məsələ qanuni yollarla izlənilsin.