Tarix : 2013 Oct 13
Kod 40485

Azərbaycana səfər edən iranlılara tövsiyələr

İİR-nin Bakıdakı səfirliyi Azərbaycana səfər etmək istəyən iranlı müsafirlərə tövsiyə edib ki, Səfər zamanı təhlükəsizlik məsələlərinə diqqət yetirsinlər

İİR-nin Bakıdakı səfirliyi Azərbaycana səfər etmək istəyən iranlı müsafirlərə tövsiyə edib ki, Səfər zamanı təhlükəsizlik məsələlərinə diqqət yetirsinlər.

İRNA-nın verdiyi məlumata görə İİR-nin Bakıdakı Səfirliyinin konsuluq işləri üzrə məsul şəxsi Seyid Möhsün Molayi deyib: İran vətəndaşlarından bir qrupu İranın Bakıdakı Səfirliyinin konsulluq bölməsinə müraciət edərək Azərbaycan dövlətinin sərhəd gömrük başçılarının davranış tərzi habelə onlardan qeyri-qanuni pulların alınması haqda şikayət ediblər.

İran vətəndaşlarının Azərbaycanin sərhəd gömrük işçilərinin davranış tərzlərinə etirazların sayının artmasına görə iranlı  məsul şəxs Az.R-na səfər etmək istəyən iranlı müsafirlərə bəzi tövsiyələri etdi.

Molayinin sözlərinə görə İran vətəndaşları Az. R. dövlətinin qanunlarına riayət edərək, Az. R-nin dövlət işçilərinə hərcür qeyri-qanuni məbləği ödəməkdən çəkinməli və hər bir məbləğ ödədikləri haqda etibarlı yazılı sənəd almalıdırlar. İran vətəndaşları hərcür qeyri-qanuni hal və ya qeyri-münasib davranışla üzləşdikləri təqdirdə bu haqdakı məlumatı İranın Az. R-dakı səfirliyinin konsulluq bölməsinə bildirməlidirlər ki bu məsələ qanuni yollarla izlənilsin.


  • Yazılıb
  • da (də) 2013 Oct 13